+994 12 497 01 33
AZ1014, Bakı şəhəri, Səməd Vurğun küçəsi 43, World Business Center.
Hansı işlər üzrə müraciət edilə bilər?

 

İddia məbləği maksimum 2000 (iki min) ABŞ dollarının müraciətin daxil olduğu gün Azərbaycan Respublikasının Mərkəzi Bankının rəsmi məzənnəsinə uyğun olaraq manat və digər valyuta ekvivalentinə barəbər olan, banklarla əqdlərin bağlanması, dəyişdirilməsi, icrası və ya xitam verilməsi ilə bağlı yaranan, heç bir halda sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mülki-hüquq mübahisələrinin həlli Bank Ombudsmanının səlahiyyətlərinə aid edilmişdir.

 

Eyni zamanda:

  • Mübahisəni mahiyyəti üzrə həll edən qüvvəyə minmiş məhkəmə aktı mövcud deyilsə;
  • Mübahisəyə Bank Ombudsmanı tərəfindən bundan əvvəlki dövrdə baxılmayıbsa, ona dair barışıq sazişi təsdiq edilməyibsə və ya Ombudsmanın mübahisəni mahiyyəti üzrə həll edən qərarı yoxdursa;
  • Ərizədə qaldırılan məsələnin baş verməsindən və iddia olunan hüquq pozuntusundan 2 (iki) il keçməyibsə;
  • Ərizədə qaldırılan məsələ ümumi bank işinə, bankların xidmət çeşidinə və faiz siyasətinə aid deyilsə;
  • Qaldırılan məsələdə müvafiq qanunvericiliyə uyğun olaraq cinayət və inzibati xəta tərkibi yoxdursa;
  • İş bankın qiymət siyasətinə aid deyilsə;
  • Barəsində ərizə verilən maliyyə təşkilatının lisenziyası geri çağırılmayıbsa və ya bu maliyyə təşkilatı ləğv olunmayıbsa, qeyd olunana işlərə baxıla bilər.
BİZİMLƏ ƏLAQƏ
AZ1014, Bakı şəhəri, Səməd Vurğun küçəsi 43, World Business Center.
+994 12 497 01 33 
 
XƏRİTƏDƏ GÖSTƏR
2018 © Bank Ombudsmanı | Bütün hüquqlar qorunur! | Apamark