+994 12 497 01 33
AZ1014, Bakı şəhəri, Səməd Vurğun küçəsi 43, World Business Center.
Xəbərlər

Bakı Apelyasiya Məhkəməsinin qərarı ilə Əmanətlərin Sığortalanması Fondu bu bankların ləğvedicisi təyin edilib.

“Banklar haqqında” Qanunun tələbləri nəzərə alınmaqla, müflis banka qarşı tələblər bankın müflis elan olunmasına dair məhkəmə qərarının kütləvi informasiya vasitələrində ilk dəfə dərc edildiyi gündən 60 təqvim günü ərzində ləğvedici tərəfindən yazılı şəkildə qeydə  alınmalıdır. 

Tələblərin qeydə alınması üçün kreditorlar öz tələblərinin hüquqi əsasını sübut edən sənədləri və aşağıdakı məlumatları təqdim etməlidirlər:

- kreditorun adı və ünvanı; 

- tələbin əsas məbləğinə daxil edilən faizlərin və digər haqların məbləğləri; 

- tələbin təminatı olan girov (ipoteka) və ya qarantiya barəsində məlumat. 

Ləğv prosesində olan “Amrahbank” ASC və “Atabank” ASC-nin kreditorlardan 1 iyul tarixinədək kreditor tələbinin qeydiyyata alınması üçün aşağıda qeyd olunan ünvana müraciət etməsi xahiş olunur:

- Bakı şəhəri, Xocalı prospekti 36 A, ləğv prosesində olan “Amrahbank” ASC-nin baş ofisi. Əlavə məlumat ücün əlaqə nömrəsi: (+99412) 480-28-39.  

- Bakı şəhəri, Şəmsi Bədəlbəyli küçəsi 102, ləğv prosesində olan “Atabank” ASC-nin baş ofisi. Əlavə məlumat ücün əlaqə nömrələri (+99412) 497-87-00;  

Qeyd edək ki, qorunan əmanətçilərə sığorta hadisəsinin baş verməsi ilə əlaqədar kompensasiyaların “Kapitalbank” ASC vasitəsi ilə ödənilməsi barədə məlumat verilib. Kompensasiyaların ödənişi ilə bağlı “Kapitalbank” ASC-nin müvafiq filialları və tələb olunan sənədlər barədə əlavə məlumat veriləcək.

BİZİMLƏ ƏLAQƏ
AZ1014, Bakı şəhəri, Səməd Vurğun küçəsi 43, World Business Center.
+994 12 497 01 33 
 
XƏRİTƏDƏ GÖSTƏR
2020 © Bank Ombudsmanı | Bütün hüquqlar qorunur! | Marcom