+994 12 497 01 33
AZ1014, Bakı şəhəri, Səməd Vurğun küçəsi 43, World Business Center.
Baxılmış işlər

Baxılmış işlər:

  1. Vətəndaş müraciət edərək onun banka 1458 (min dörd yüz əlli səkkiz) AZN borcunun qaldığını, mütamadi olaraq ödədiyini, yalnız aylıq ödənişlərin çox olduğu üçün imkanının çatmadığına görə, yerdə qalan məbləğə faizlərin qismən azaldılaraq aylıq ödənişin azaldılması haqqında xahiş etmişdir. Müraciətə Bankla birlikdə bank Ombudsmanı tərəfindən baxılmış və nəticədə, 23% bank faizi 8 faiz aşağı tətbiq edilərək aylıq ödəniş aşağı salınaraq, müqavilə yenidən manatla rəsmiləşdirilmişdir. Hər iki tərəf edilmiş güşətlə razı olduğu üçün Barışıq sazişi imzalanmışdır.
  2. Vətəndaş müraciət edərək, banka olan 433 (dörd yüz otuz üç) dollar borcunun faizlərinin aşağı məzənnə ilə birdəfəlik ödənilməsini və ya silinməsini xahiş etmişdir. Bank tərəfi vətəndaşın madii durumunu nəzərə alaraq, dollarla olan kteditini illik 16%-lə, aylıq 35 manat olmaqla manat kreditini verilməsini və ya və ya aşağı məzənnə ilə birdəfəlik borcun ödənilməsini təklifini vətəndaşa bildirmişdir. Lakin vətəndaş yalnız aylıq 20 manat ödəniş edə biləcəyini və aşağı məzənnə təklifin çox olduğunu əsas gətirərək, bankın təklifi ilə razılaşmamışdır. Bank Ombudsmanı tərəfindən müraciətin icrasına xitam verilməsi haqqında qərar qəbul edilmişdir.
  3. Vətəndaş bank tərəfindən onun kartından əsasız olaraq, 442, 59 (dörd yüz qırx iki, 59) manat pulun tutulması və onun dərhal geri qaytarılması ilə bağlı müraciət etmişdir. Araşdırma nəticəsində müəyyən olunmuşdur ki, həqiqətən bank tərəfindən qeyd olunan vəsait əsasız olaraq tutulmuş və ödəniş aparılmışdır. Bank tərəfindən həmin məbləğ yenidən vətəndaşın hesabına mədaxil edilmişdir. Hər iki tərəf arasında mübahisə aradan qaldrıldığına görə tərəflər arasında Barışıq sazişi imzalanmışdır.
  4. Vətəndaş müraciət edərək onun bankda 5000 (beş min) manat depoziti olduğunu, illik 12% dərəcəsi ilə depoziti 6 (altı) aylıq müddətə yerləşdirdiyini bildirmişdir. Həmin müddət üçün vətəndaşın əmanətinə 301,67 (üç yüz bir) manat faiz hesablanmışdır. Vətəndaşın iddiasına əsasən, müqavilə şərtlərinə görə müddət bitdikdən sonra, əmanətçi əmanətini geri götürməzsə, müqavilə həmin tarixdən eyni müddətə uzadılmış hesab edilirsədə, bank ona növbəti müddət üçün illik 12% yox, 6 %-lə əmanətini rəsmiləşdirmişdir. Bu səbəbdən, vətəndaş faizlərin düzgün hesablanmadığı iddia edərək, bankdan faizlərin ödənilməsini tələb etmişdir. Araşdırma nəticəsində məlum oldu ki, depozit müqaviləsinin 5.2-ci maddəsinə əsasən, bankın müddət sonunda həmin tarixə qüvvədə olan bankdaxili qaydalarla müəyyən olunmuş şərtlərlə depozit müqavilisini uzatmaq hüququ var. Həmin tarixdə illik 6%-li depozit şərtləri mövcud olduğu üçün kredit müqaviləsi bu şərtlərlə uzadılmış və müvafiq faizlər hesablanmışdır. Qeyd olunan bütün əməliyyatlar tərəflər arasındakı müqavilə şərtlərinə əsasən yerinə yetirilmişdir. Bank Ombudsmanı tərəfindən müraciətin icrasına xitam verilməsi haqqında qərar qəbul edilmişdir.
  5. Vətəndaş müraciət edərək, banka olan 873 (səkkiz yüz yetmiş üç) dollar borcunun faizlərinin aşağı məzənnə ilə birdəfəlik ödənilməsini və ya hesablanmış faizlərin silinərək müəyyən güzəştlə borcun ödənilməsini xahiş etmişdir. Lakin bank belə bir imkanın bank tərəfindən müəyyən olunmadığını əsas gətirərək, bu təklifi qəbul etməmiş, əvəzində vətəndaşa dollar kreditinin bağlanılması üçün yeni illik 18%-lə, 2 il müddətinə ayda 75 AZN olmaqla manat kreditinin verilməsi təklifini versədə, vətəndaş əlavə pul ödəmək istəmədiyini əsas gətirərək, bu təkilflə razılaşmamışdır.  silinməsini xahiş etmişdir. Bank Ombudsmanı tərəfindən müraciətin icrasına xitam verilməsi haqqında qərar qəbul edilmişdir.
  6. Vətəndaş müraciət edərək, onun banka 368 (üç yüz altmış səkkiz) AZN gecikmələrdən borcunun qaldığını, mütamadi olaraq aylıq ödənişlərini etdiyini nəzərə alaraq, bu borcun silinməsi haqqında xahiş etmişdir. Müraciətə Bankla birlikdə bank Ombudsmanı tərəfindən baxılmış və bank tərəfi vətəndaşın sosial dolanışıq vəziyyətini nəzərə alaraq, gecikmə borc məbləğindən 118 manat əsas məbləğdən olan borcunu ödəmək şərti ilə, qalan 250 manat qalıq gecikmə borc məbləğini vətəndaşın xeyrinə tam həcmdə güzəştə getməyə razı olduğunu bildirmişdir. Hər iki tərəf edilmiş güşətlə razı olduğu üçün Barışıq sazişi imzalanmışdır.
  7. Vətəndaş müraciət edərək, ona bank tərəfindən onun banka kredit müqaviləsinə əsasən 1360 (min üç yüz altmış) manat borcunun olması və bu borcun ödənilməsi dərhal ödənilməsi ilə bağlı bildiriş gəldiyini, lakin vətəndaş tərəfindən bankdan hec vaxt kredit götürülmədiyini və bu bildirisin əsassız olmasının aşkara çıxarılmasını xahiş etmişdir. Araşdırma zamanı bank tərəfindən təqdm edilən sənədlərə əsasən, həqiqətə vətəndaşın adına kredit müqaviləsinin olduğu, buna görə arayış alındığını və kreditə zamin durulduğu müəyyən edilmişdir. Lakin, kredit verilməsi üçün kredit müraciətində məlumatların səhv olması və kredit müqaviləsinin ayrılmaz tərkib hissəsi olan zaminlik müqaviləsinin olmaması bu müqaviləni həqiqiliyinə şübhə yaratmıdır. Araşdırma aparıldıqdan sonra, müəyyən olunmuşdur ki, kredit müqaviləsi vətəndaşın inamımdan istifadə edilərək, saxtalaşdırılaraq bank işçisi tərəfindən tərtib edilmiş, kredit kənar şəxs tərəfindən götürülərək mütamadi olaraq istifadə edilmişdir. Bu mübahisə ilə bağlı bank tərəfindən yetərli subutlar təqdim edilmədiyi və tərəflər arasında imzalanmış müqavilədəki şübhələr səbəbindən müraciətinin araşdırılmasına vətəndaşın xeyrinə olaraq xitam verilməsi haqqında qərar verilmişdir.
  8. Vətəndaş müraciət edərək onun banka 1774 (min yeddi yüz yetmiş dörd) dollar borcunun qaldığını, yalnız aylıq ödənişlərin çox olduğu üçün imkanının çatmadığına görə, yerdə qalan məbləğə faizlərin qismən azaldılaraq aylıq ödənişin azaldılması haqqında xahiş etmişdir. Müraciətə Bankla birlikdə bank Ombudsmanı tərəfindən baxılmış və bank tərəfi vətəndaşın səhhətini, sosial dolanışıq vəziyyətini nəzərə alaraq, qalıq borc məbləğini vətəndaşın xeyrinə olaraq, kredit üzrə 10% ilkin ödəniş etmək şərti ilə, illik 25% dərəcəsi 10% azaldılaraq, aylıq ödənişin endirilməsi ilə dolların manata konvertasiyasına razı olduğu bildirmişdir. Hər iki tərəf edilmiş güşətlə razı olduğu üçün Barışıq sazişi imzalanmışdır.
  9. Vətəndaş müraciət edərək onun banka 1774 (min yeddi yüz yetmiş dörd) dollar borcunun qaldığını, borc öhdəliklərinə yenidən baxılması və müəyyən güzəşt edilməsi haqqında xahiş etmişdir. Müraciətə Bankla birlikdə bank Ombudsmanı tərəfindən baxılmış və Bank tərəfi vətəndaşın sosial dolanışıq vəziyyətini nəzərə alaraq, illik faiz dərəcəsi 1 % aşağı salınaraq, qalıq borc məbləğini 21%-lə rəsmiləşdirməklə vətəndaşın xeyrinə güzəştə getməyə razı olduğunu bildirmişdir. Hər iki tərəf edilmiş güşətlə razı olduğu üçün Barışıq sazişi imzalanmışdır
  10.  Vətəndaş müraciət edərək, banka olan 2070 (iki min yetmiş) dollar dollar borcunun aşağı məzənnə ilə birdəfəlik ödənilməsini və ya hesablanmış bank faizlərinin silinərək müəyyən güzəştlə borcun ödənilməsini xahiş etmişdir. Lakin bank belə bir imkanın bank tərəfindən müəyyən olunmadığını əsas gətirərək, bu təklifi qəbul etməmişdir. Bank vətəndaşa 10.05.2018-ci il tarixinədək qalıq borc məbləğindən 10 faiz ilkin ödəniş etmək şərti ilə kreditin illik faiz dərəcəsi 15 faiz olmaqla rəsmiləşdirilməsini və ya qalıq borcun güzəştli məzənnə ilə tam ödənilməsi təklifini versə də, vətəndaş əlində kifayət qədər nağd pulun olmadığını və kreditmüddətinin daha da uzadılmasını istəmədiyini əsas gətirərək bu təkilflə razılaşmamışdır. Bank Ombudsmanı tərəfindən müraciətin icrasına xitam verilməsi haqqında qərar qəbul edilmişdir.
  11.  Vətəndaş müraciət edərək onun banka 1874 (min səkkiz yüz yetmiş dörd) dollar borcunun qaldığını, borc öhdəliklərinin aylara bölünərək ödənilməsi imkanının bank tərəfindən yaradılmasını xahiş etmişdir. Müraciətə Bankla birlikdə bank Ombudsmanı tərəfindən baxılmış və Bank tərəfi vətəndaşın sosial dolanışıq vəziyyətini, ictimai mövqeyini və müştəri məmnuniyyətini nəzərə alaraq, gecikmə borc məbləğini tam silinməklə, qeyd olunmuş məbləği 6 (altı) aya bölərək, vətəndaşın xeyrinə güzəştə getməsinə razı olduğunu bildirmişdir. Hər iki tərəf edilmiş güşətlə razı olduğu üçün Barışıq sazişi imzalanmışdır.
BİZİMLƏ ƏLAQƏ
AZ1014, Bakı şəhəri, Səməd Vurğun küçəsi 43, World Business Center.
+994 12 497 01 33 
 
XƏRİTƏDƏ GÖSTƏR
2024 © Bank Ombudsmanı | Bütün hüquqlar qorunur! | Marcom