+994 12 497 01 33
AZ1014, Bakı şəhəri, Səməd Vurğun küçəsi 43, World Business Center.
Xəbərlər

Görkəmli hüquqşünas-ağsaqqal, Azərbaycan Respublikasının "Əməkdar hüquqşünas"ı, Bank Ombudsmanı İkram Kərimov Vəkillər Kollegiyasının Rəyasət Heyətinin qərarı ilə 14 yanvar 2019-cu il tarixində Vəkillər Kollegiyasının üzvlüyünə qəbul edilərək Kollegiyanın Ağsaqqallar Şurasının sədri seçilmişdir.

Bu haqda məlumat verən Kollegiyanın sədri Anar Bağırov Apellyasiya Məhkəməsinin sabiq sədri, uzun illər məhkəmə-hüquq sistemində yüksək vəzifələrdə çalışmış, Azərbaycan Respublikasının “Əməkdar hüquqşünas”ı, Bank Ombudsmanı İkram Kərimovun “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinin I hissəsinə əsasən (apellyasiya və kassasiya instansiyası məhkəmələrinin sədri vəzifəsində işləmiş şəxsin) vəkil andı içərək Vəkillər Kollegiyasının üzvlüyünə qəbul edildiyini, eyni zamanda Rəyasət Heyətinin qərarına əsasən bu gün yaradılmış Ağsaqqallar Şurasına rəhbərlik İkram Kərimova tapşırıldığını bildirmışdır.

İ.Kərimova bi vəzifənin icrasında uğurlar diləyirik

BİZİMLƏ ƏLAQƏ
AZ1014, Bakı şəhəri, Səməd Vurğun küçəsi 43, World Business Center.
+994 12 497 01 33 
 
XƏRİTƏDƏ GÖSTƏR
2019 © Bank Ombudsmanı | Bütün hüquqlar qorunur! | Marcom