+994 12 497 01 33
AZ1014, Bakı şəhəri, Səməd Vurğun küçəsi 43, World Business Center.
Xəbərlər

19 may 2021-ci il tarixində Azərbaycan Milli QHT Forumunun təşəbbüsü ilə MQF İctimai Nəzarət Mərkəzinin “Sahibkarların və vətəndaşların bank xidmətləri ilə bağlı mövcud problemləri” mövzusunda ictimai müzakirəsi keçirilib. Müzakirədə bir sıra dövlət qurumları, banklar, sahibkarlar, Bakı və regional QHT-lər və KİV nümayəndələri iştirak edib. MQF-nin prezidenti, İctimai Nəzarət Mərkəzinin sədri Rauf Zeyni tədbir iştirakçılarını salamlayaraq Ölkə Prezidenti cənab İlham Əliyevin apardığı islahatlara dəstək olmaq məqsədilə yaradılan MQF İctimai Nəzarət Mərkəzinin fəaliyyəti barədə məlumat verib və ölkəmizdə aktual problemlərdən sayılan bank xidmətləri ilə bağlı məsələnin əhəmiyyətini diqqət mərkəzinə çatdırıb. Daha sonra Azərbaycan Banklar Assosasiyasının sədri Zakir Nuriyev salamlama çıxışını edərək ölkədə bank sektorunun mövcud vəziyyəti və ümumilikdə Azərbaycan Banklar Assosasiyasının fəaliyyəti haqqında məlumat verib. O, vətəndaşların və sahibkarların qarşılaşdıqları möcvud problemləri ilə bağlı təklifləri sistemli formada həllinə nail olunması üçün bu cür müzakirələrin təşkil olunmasını yüksək qiymətləndirib. Bu tədbirin təşkil olunmasında MQF ilə əməkdaşlıq edən Ədliyyə Nazirliyinin İnsan Hüquqları və İctimaiyyətlə Əlaqələr Baş İdarəsinin rəisi Aynur Sabitova salamlama çıxışını edərək nəzərə çatdırıb ki, bu çox əhəmiyyətli konfransdır və bu görüşün nəticəsi olaraq bank sektoru və sahibkarlar arasında konstruktiv dialoq qurulacaq və bir çox bank-maliyyə probleminin həll yollarına dair təkliflər veriləcək. Daha sonra salamlama üçün Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti Məmməd Musayev də öz növbəsində bu tədbiri yüksək qiymətləndirərək qeyd edib ki, vətəndaş cəmiyyəti olaraq məqsəd dövlətimizin hərtərəfli inkişafına nail olmaqdır. 

Bank Ombudsmanın Məsul Katibi Elçin Həsənov çıxış edərək, Bank Ombudsmanının fəaliyyəti,görülmüş işlər, gələcək əməkdaşlıqlar haqqında tədbir iştirakçılarını məlumatlandırmışdır. Tədbirin gedişatında bir sıra dövlət qurumları, bank və QHT nümayəndələri - Ombusdman təsisatının nümayəndəsi Rəşad Novruzov, Mərkəzi Bankın nümayəndələri Fuad İsayev və Rüstəm Tahirov, QHT nümayəndələrindən Eyyub Hüseynov, Novella Cəfəroğlu, İlham İsmayılov, Əhməd Qəşəmoğlu, İradə Rizadadə, Qalib Nəbiyev, Ziba Nəbiyeva, Qorxmaz İbrahimli, Ruslan Quliyev, Südabə Məmmədova, Səadət Bənənyarlı, Eynulla Xeyrullayev Vamiq Babayev, Əli Mirzəyev, Əliməmməd Nuriyev və Əhməd Abasbəyli çıxış edərək məsələlərə dair öz təklif və fikirlərini bildirib. 

Sonda vətəndaş cəmiyyətinin inkişafı, ictimai nəzarətin gücləndirilməsi naminə bu tədbirlərin davamlı keçiriləcəyi qeyd edilib. Bank xidmətləri ilə əlaqədar sahibkarların və vətəndaşların mövcud problemlərinin praktiki həll olunması məqsədilə, həmçinin qarşılıqlı faydalı əməkdaşlıq etmək üçün tədbirdə iştirak edən dövlət qurumları ilə MQF İctimai Nəzarət Mərkəzinin birgə platforma yaradılması və əməkdaşlığın gücləndirilməsi təklif olunub və tədbir iştirakçıları tərəfindən qəbul edilib.

BİZİMLƏ ƏLAQƏ
AZ1014, Bakı şəhəri, Səməd Vurğun küçəsi 43, World Business Center.
+994 12 497 01 33 
 
XƏRİTƏDƏ GÖSTƏR
2021 © Bank Ombudsmanı | Bütün hüquqlar qorunur! | Marcom