+994 12 497 01 33
AZ1014, Bakı şəhəri, Səməd Vurğun küçəsi 43, World Business Center.
Xəbərlər

  Bank Ombudsmanı İkram Kərimov Katibliyin inzibati ofisində Avropa İttifaqının ölkəmizdə mediasiya üzrə pilot layihəsinin həyata keçirilməsi üçün  ekspertlər - Avropa İttifaqının nümayəndəsi cənab Rimantas Simaitis, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Aparat rəhbəri cənab Fərhad Nəsəfov və Avropa İttifaqınınAzərbaycan üzrə Nümayəndəliyinin Əməkdaşlıq şöbəsinin mütəxəssisi xanım Məryəm Hacı-İsmayılova ilə görüşüb.

  Görüşün əsas məqsədi Azərbaycanda yenicə yaradılmış Bank Ombudsmanı və görülmüş işlər haqqında məlumat almaq və mediasiya sahəsində digər aidiyyatı qurumlar kimi Bank Ombudsmanının fəaliyyətinin rolu barədə fikir mübadiləsi aparmaq olub.

  İ.Kərimov  öncə qonaqlara Bank Ombudsmanının yaranma zərurəti, görülmüş işlər, müraciətlərin statistikası, tərəfdaş banklar, qarşıya çıxan problemlər və onların həlli yolları, qurumun beynəlxalq əlaqələri haqqında məlumat vermiş və gələcəkdə görülməli olan işlərdən danışıb.

  O, müasir dövrdə banklar ilə  müştərilər arasında yaranan fikir ayrılıqlarının məhkəmədən getmədən həllinin böyük əhəmiyyət kəsdiyini vurğulayıb, az təminatlı ailələrin qarşılaşdıqları bu problemlərin həllinə nail olmasının vacibliyini xüsusilə qeyd edib. Bu sahədə olan beynəlxalq təcrübənin, eləcədə bu il qəbul olunması planlşdırılan Maliyyə Ombudsmanı haqqında Qanun layihəsi ətrafında aparılan müzakirələrin önəmli olduğunu qonaqların nəzərinə çatdırıb.

  Avropa İttifaqının nümayəndəsi cənab Rimantas Simaitis də, öz növbəsində Azərbaycanda belə bir institutun yaranmasının mühüm bir addım olduğunu bildirmiş, bu sahədə görülən işləri yüksək qiymətləndiriblər.

  O, qeyd edib ki, mediasiya sahəsində Ehtiyacların Qiymətləndirilməsi Hesabatını hazırlamaq üçün fakt araşdırıcı missiya, məlumatlandırmanın artılması üçün seminarların keçirilməsi, əsas iştirakçı tərəflərlə işçi qrup müzakirələri, təlim səfəri və ölkədə mediasiyanın inkişaf etdirilməsi üçün Yol xəritəsinin hazırlanmasıda bu layihəyə daxildir. Bu sahədə də Bank Ombudsmanının fəaliyyətinin əhəmiyyəti böyükdür.

  Sonda Bank Ombudsmanı ilə Avropa İttifaqı və dövlət orqanları ilə bu sahədə əməkdaşlığın daha yüksək səviyyədə davam etdirilməsi və İşçi Qrupunun işinə dəstək veriləcəyi haqqında razılıq əldə olunub.

BİZİMLƏ ƏLAQƏ
AZ1014, Bakı şəhəri, Səməd Vurğun küçəsi 43, World Business Center.
+994 12 497 01 33 
 
XƏRİTƏDƏ GÖSTƏR
2024 © Bank Ombudsmanı | Bütün hüquqlar qorunur! | Marcom