+994 12 497 01 33
AZ1014, Bakı şəhəri, Səməd Vurğun küçəsi 43, World Business Center.
Xəbərlər

Banklarla fiziki şəxs müştəriləri arasında olan mübahisələrə Bank Ombudsmanı tərəfindən baxılması məqsədi ilə Bəyannamənin imzalayanlar sırasına daha bir bank qoşulmuşdur.

Belə ki, Azərbaycan Banklar Assosiasiyasiyasının (ABA) Ümumi Yığıncağının 19 fevral 2021-ci il tarixli qərarı ilə “Naxçıvanbank” ASC ABA-ya üzv seçilmişdir. Bu səbəbdən "Naxçıvanbank” ASC Banklarla fiziki şəxs müştəriləri arasında olan mübahisələrə Bank Ombudsmanı tərəfindən baxılması məqsədi ilə 7 mart 2021-ci il tarixində Bəyannaməni imzalayaraq öz razılıqlarını bildirmişlər.  Bundan sonra müştərilər bank ilə onlar arasında fikir ayrılıqları mövcud olduğu halda,  “Bank Ombudsmanın Əsasnaməsi”nə və “Bank Ombudsmanın fəaliyyəti haqqında Reqlament”ə müvafiq olaraq, müraciət edə biləcəklər. Vətəndaşların rahatlığı üçün www.bankombudmsan.az saytına daxil olub müvafiq formanı dolduraraq, onlayn qaydada müraciət edə bilərlər.

Qeyd edək ki,  Bank Ombudsmanın yaradılması haqda qərar Azərbaycan Banklar Assosiasiyasının (ABA) Ümumi Yığıncağının 03 aprel 2017-ci il tarixli iclasında qəbul edilib və hazırda ABA üzvü olan 22 bank və 2 bank olmayan kredit təşkilatı (BOKT)  mübahisələrə Bank Ombudsmanı tərəfindən baxılması məqsədi ilə Bəyannamənin imzalamışdır.

BİZİMLƏ ƏLAQƏ
AZ1014, Bakı şəhəri, Səməd Vurğun küçəsi 43, World Business Center.
+994 12 497 01 33 
 
XƏRİTƏDƏ GÖSTƏR
2021 © Bank Ombudsmanı | Bütün hüquqlar qorunur! | Marcom