+994 12 497 01 33
AZ1014, Bakı şəhəri, Səməd Vurğun küçəsi 43, World Business Center.
Xəbərlər

   Azərbaycan Banklar Assosiasiyasının (ABA), Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) və Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) təşkilatçılığı ilə 23-24 noyabr 2017-ci il tarixlərində “Bank sisteminin yeni inkişaf dövrünə adaptasiyası: İslahatlar, Nəticələr və Perspektivlər” mövzusunda keçirilən “II Bankçılıq Forumu” keçirilmişdir.

   Forumda açılış nitqi ilə çıxış edən ABA-nın prezidenti Zakir Nuriyev  cari makroiqtisadi və bank sektorundakı mövcud vəziyyət barədə məlumat verib. Bildirib ki, ötən dövr ərzində bank sisteminin sağlamlaşdırılması və konsolidasiya tədbirləri çərçivəsində bankların sayı 45-dən 31-ə enib, bankların maliyyə balanslarında daralma müşahidə edilib. Cari ilin ilk doqquz ayı ərzində bank aktivlərinin həcmi  17% azalaraq 26.2 mlrd. manat, kredit portfeli 25% azalaraq 12 mlrd. manat, depozit portfeli isə 2% azalaraq 19.5 mlrd. manat təşkil edib. Qeyri işlək kreditlərdə artım müşahidə edilib və bu cür kreditlərin portfeldə payı, kapitalın həcmi artıb.

  “Neqativ meyillərə baxmayaraq Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən görülən tədbirlər nəticəsində bankların kapitallaşması prosesi davam edib, il ərzində bank sektorunun kapitalı 24% artaraq 3 mlrd. manatı ötüb “,- deyə Zakir Nuriyev qeyd edib.

   2 gün ərzində davam edən Forumda əsas müzakirə mövzuları xarici şokların təsirlərinin minimallaşdırılması istiqamətində görülmüş işlər və yeni çağırışlar, nagdsız cəmiyyətdə yeni bazar iştirakçıları və innovativ ödənişin həlləri, müasir bankçılıqda komplayens, eyni zamanda, bank sisteminin inkişafının hüquqi bazasının təkmilləşdirilməsi istiqamətləri haqqında olmuşdur.

  Forumda ölkədə fəaliyyət göstərən maliyyə qurumlarının rəhbər şəxsləri və əməkdaşları, Türkiyə, Rusiya, Almaniya, İsveçrə, Moldoviya, Avstriya və s. Avropa dövlətlərindən ən nüfuzlu maliyyə qruplarının ekspetrləri iştirak etmiş, öz çıxışları ilə zəruri məlumatlar təqdim edilmiş və fikir mübadiləsi aparılmışdır.

BİZİMLƏ ƏLAQƏ
AZ1014, Bakı şəhəri, Səməd Vurğun küçəsi 43, World Business Center.
+994 12 497 01 33 
 
XƏRİTƏDƏ GÖSTƏR
2018 © Bank Ombudsmanı | Bütün hüquqlar qorunur! | Apamark