+994 12 497 01 33
AZ1014, Bakı şəhəri, Səməd Vurğun küçəsi 43, World Business Center.
Baxılmış işlər

Baxılmış bəzi işlər:

  1. Vətəndaş müraciət edərək, atasının vəfat etməsindən sonra, onun ölüm haqqında şəhadətnaməsini bankın filialına təqdim etməsinə baxmayaraq, filial əməkdaşları tərəfindən həmin sənəd itirilmiş və müraciət tarixinə kimi həmin kredit üzrə faiz hesablandığını iddia edir. Vətəndaş artıq borc yazıldığını əsas gətirərək, bu məsələnin araşdırılmasını və artıq yazılmış faiz borcunun silinməsini xahiş etmişdir. Qeyd edilən məsələ araşdırılaraq müsbət həll edilmiş, artıq hesablanmış faizlər silinmiş və tərəflər arasında Barışıq sazişi imzalanmışdır.
  2. Vətəndaş müraciət edərək, 20 mart 2022-ci il tarixində “ cash by code” vasitəsi ilə 355 AZN-lik əməliyyat etdiyini bildirir. Məbləğin çox olduğuna görə ATM tərəfindən ödəniş həyata keçirilməmişdir. Bu səbəbdən əməliiyatı ləvg etmişdir, ona bank tərəfindən həmin məbləğin 24 saata yenidən karta qaytarılacagı bildirilsədə, hələ də vəsait geri qaytarılmamışdır. Bununla bağlı dəfərlərlə bankın telefon xidmətinə zəng etdiyini,  dəfələrlə bankın filiallarına şəxsən müraciət etdiyini qeyd edərək, məsələnin öz müsbət həllini tapmadığını bildirir. Vətəndaş bu məsələnin araşdırılmasını və çıxılmış vəsaitin geri qaytarılmasının təmin edilməsini xahiş edir. Qeyd edilən məsələ araşdırılaraq müsbət həll edilmiş, ödəniş geri qaytarılmış və tərəflər arasında Barışıq sazişi imzalanmışdır.
  3. Vətəndaş müraciət edərək, bankadan götürdüyü krediti ödədiyib bitirdiyini, amma kredit reyestrində əsasız olaraq gecikmə günlərinin salınıdığını qeyd edir. Dəfələrlə banka müraciət etməsinə baxmayaraq, gecikmə günlərinin silinmədiyini qeyd edir. Vətəndaş bu məsələnin araşdırılmasını və gecikmə günlərinin reyestrden silinməsini xahiş etmişdir. Qeyd edilən məsələ arasdırılması üçün banka müraciət edilmişdir, bank tərəfi ödənişin gecikdirilməklə ödənildiyi bildirərk gecikmənin qanunauyğun olduğunu bildirmişdir. Bank Ombudsmanı tərəfindən müraciətin icrasına xitam verilməsi haqqında qərar qəbul edilmişdir.
  4. Vətəndaş müraciət edərək, bankların birindən hədiyyə kartı aldığını, amma kartın işləmədiyini və ondan istifadə etmək mümüknü olmadığını iddia edir. Bununla bağlı banka müraciət etmiş, bank isə bu məsələdə hər hansı bier kömək etməmişdir. Vətəndaş qeyd edilən məsələnin araşdırılması və kartın dəyərinin geri qaytarılmasını xahiş etmişdir. Qeyd edilən məsələ araşdırılaraq müsbət həll edilmiş, ödəniş geri qaytarılmış və tərəflər arasında Barışıq sazişi imzalanmışdır.
  5. Vətəndaşın müraciətinə əsasən, bankaların birinə məxsus debet kartı vasitə ilə müxtəlif vaxtlarda telefon və kommunal xərcləri ödəmiş, lakin kartdan pul çıxılsada, ödənişlər təyinatı üzrə silinməmişdir. Banka bununla bağlı müraciət etsədə, bir faydası olmamışdır. Vətəndaş qeyd edilən məsələnin araşdırılması və ödənişlərin ya geri qaytarılmasını və ya ödənilməsini xahiş etmişdir. Qeyd edilən məsələ araşdırılaraq müsbət həll edilmiş, ödənişlər geri qaytarılmış və tərəflər arasında Barışıq sazişi imzalanmışdır.
  6. Vətəndaşın müraciətinə əsasən, ödəmə sistemləri vasitəsi ilə bank kartına vəsait ödəmişdir, 21 gün keçməsinə baxmayaraq hələ də vəsait hesaba oturmamışdır, banka müraciət etmiş, bank texniki problem olduğu üçün hələ də vəsaitin otumadığını bildirmişdir. Vətəndaş qeyd edilən məsələnin araşdırılması və ödənişlərin hesaba oturulmasını xahiş etmişdir. Qeyd edilən məsələ araşdırılaraq müsbət həll edilmiş, ödənişlər hesaba daxil edilmiş və tərəflər arasında Barışıq sazişi imzalanmışdır.
  7. Vətəndaş müraciət edərək, məhkəmə qərarı üzrə banka olan borcunu tam şəkildə ödədiyini və bunu təsdiq edən bank tərəfindən verilmiş arayışın olduğunu bildirir. Borc təminatı olaraq təqdim etdiyi qızıl-zinət əşyalarını geri almaq üçün bankın Gəncə şəhərindəki filialına yaxınlaşdığını və bank əməkdaşları tərəfindən onun sistemdə hələ də 291 (iki yüz doxsan bir) AZN məbləğində borcunun qaldığını bildirmişlər. Vətəndaş bank əməkdaşı tərəfindən ona bu məbləğin ödənilmədiyi halda girov təminatının geri qaytarılmayacağının deyildiyini iddia edir. Vətəndaş qeyd olunan borcla razılaşmadığını bildirərək bu məsələnin araşdırılması və qızıl-zinət əşyalarını geri qaytarılması xahişi ilə müraciət edir. Qeyd edilən məsələ araşdırılaraq müsbət həll edilmiş,vətəndaşın borcunun silinmiş, qızıl-zinət əşyaları girovluqdan azad edilmiş və tərəflər arasında Barışıq sazişi imzalanmışdır.
  8. Vətəndaş müraciət edərək, banka məxsus mobil tətbiq vasitəsi ilə“Zolotoy Korona ” xidmətindən istifadə edərək 200 manat pul köçürmüşdüm. Lakin bir necə dəqiqədən sonra məlum olmuşdur ki, köçürmə təxirə salınmışdır. Bu barədə bankın qaynar xəttinə bildirmişəm və orda mənim müraciətimi qeyda alınmasına baxmayaraq, müraciətinin həll edilməyini bildirir, araşdırılmasını xahiş ediri. ini tapmayı. Məsələnin həllində dəstək olmağınızı Sizdən xahiş edirik. Qeyd edilən məsələ araşdırılaraq müsbət həll edilmiş, vətəndaşın ödənişi qeri qaytarılmış və tərəflər arasında Barışıq sazişi imzalanmışdır.

 

BİZİMLƏ ƏLAQƏ
AZ1014, Bakı şəhəri, Səməd Vurğun küçəsi 43, World Business Center.
+994 12 497 01 33 
 
XƏRİTƏDƏ GÖSTƏR
2024 © Bank Ombudsmanı | Bütün hüquqlar qorunur! | Marcom