Vətəndaş Bank Ombudsmanına müraciət edərək, bankdan kredit götürdüyünü və cox hissəsini bir dəfəyə, qalan hissəsini isə hissə - hissə ödədiyini və kreditini bitirdiyini bildirmişdir. Lakin ödənişləri bitirdikdən 1 (bir) il sonra bankdan ona bildirish daxil omuş və onun banka borcu olduğu bildirilmişdir. Daxil olmuş müraciət icraat alındıqdan sonra sənədlər banka göndərilmiş və aparılmış danışıqlar nəticəsində bank vətəndaşa bu borcu bağışlamışdır.
Tərəflər arasında icraatın müsbət həllinin mümkümkünlüyü ilə bağlı 25 oktyabr 2017-ci il tarixində Bank Ombudsmanı tərəfində Barışıq Sazişinin imzalanması ilə bağlı qərar verilmiş və 2 noyabr 2017-ci il tarixində Saziş imzalanmışdır.