+994 12 497 01 33
AZ1014, Bakı şəhəri, Səməd Vurğun küçəsi 43, World Business Center.
Xəbərlər

    Bank Ombudsmanı İkram Kərimov Katibliyin inzibati ofisində Almaniyanın Berlin şəhərində fəaliyyət göstərən Əmanət Bankları Maliyyə Qrupunun Ombudsmanı Michael Haussner ilə görüşmüşdür. Görüşdə Azərbaycan Baklar Assosiasiyasının İcraçı direktoru Yunus Abdulov, Bank Ombudsmanının Məsul katibi Elçin Həsənov, Almaniya Əmanət Banklarının Beynəlxalq Əməkdaşlıq Fondunun Azərbaycan üzrə nümayəndəsi Eduard Şmit və nümayəndəliyin Maliyyə savadlılığı və qənaət səfərbərliyi üzrə layihə köməkçisi Xuraman xanım Hüseynzadə iştirak etmişdir. Görüşün əsas məqsədi Azərbaycanda yenicə yaradılmış Bank Ombudsmanı ilə Almaniyalı qonaq arasında təcrübə mübadiləsi və fikir mübadiləsi aparmaq olmuşdur.

    İlk öncə İ.Kərimov qonağa dəvəti qəbul edib, Bakıya gəldiyi üçün təşəkkürünü və bu görüşün hər iki tərəf üçün gərəkli olacağına inamını bildirmişdir. Daha sonra Azərbaycanda Bank Ombudsmanının yaranması, həyata keçirilmiş işlər, mübahisələrin əsas motivləri və onların həlli yolları, müraciətlərin statistikası, qurumun beynəlxalq əməkdaşlıqları haqqında məlumat vermişdır. İ.Kərimov məhz dünyada ilk Maliyyə Ombudsmanının 1992-ci ildə Almaniyada yaradılması bu ölkənin təcrübəsinin digər ölkələr kimi bizə də proritet olduğunu və bu təcrübədən istifadə olunmasının əhəmiyyətini vurğulamışdır. Bu səbəbdən beynəlxalq təcrübənin, eləcədə Almaniya təcrübəsinin bizim önəmli olduğunu qonaqların nəzərinə çatdırmışdır. Eyni zamanda bu həftə ərzində onun da iştirak edəcəyi tədbirlər haqqında məlumat vermişdir.

    Almaniyalı Ombudmsman Michael Haussner dəvətə, qonaqpərvərliyə və bu görüşə görə Azərbaycanlı həmkarına öz minnətdarlığını bildirmiş və o, da bu görüçün böyük əhəmiyyət daşıdığını qeyd etmişdir. Qonaq ilk dəfə Azərbaycana gəldiyini və Bakı şəhərinin gözəlliyinə, görülmüş işlərə, xalqımızın qonaqpərliyinə valeh olduğunu xüsusilə önə çəkmişdir.

    Daha sonra İ.Kərimovun, M.Haussnerin və Banklarla fiziki şəxs müştəriləri arasında olan mübahisələrə Bank Ombudsmanı tərəfindən baxılması və tərəflər arasında Barışıq sazişinin bağlanılması üçün Bankların səlahiyyətli nümayəndələrinin iştirakı ilə görüş keçirilmişdir.

    İclası giriş sözü ilə açan Bank Ombudsmanının Məsul katibi E.Həsənov qonaqları salamlamış və bankların səlahiyyətli nümayəndələrinə işlərində uğurlar arzulamışdır. E.Həsənov Bank Ombudsmanının yaranma zərurəti, görülmüş işlər, müraciətlərin statistikası və icra vəziyyəti, əsas mübahisə motivləri, qarşıya çıxan problemlər və onların həlli yolları, qurumun beynəlxalq əlaqələri haqqında ətraflı məlumat vermiş, fikir mübadiləsi aparmışdır.

     Daha sonra çıxış edən İ.Kərimov ilk növbədə qonağa iclasda iştirakına görə təşəkkürünü bildirmiş və bank nümayəndələrinə uğurlar arzulamışdır. O, öz çıxışında problemli kreditləri vəziyyətini, məhkəmədə olan müraciətlərin ildən – ilə daha da artığını qeyd etmiş, bu problemlərin tez bir zamanda həll edilməsinin vacibliyini vurğulamışdır.

    Çıxış üçün söz alan Almaniyalı Ombudsman Michael Haussner iclas iştirakçılarını salamlamış və bu iclasda iştirakına görə şad olduğunu bildirmişdir. Çıxışını əsasən Almaniyada Bank Ombudsmanının fəaliyyəti üzərində quran qonağın sözlərinə görə, Almaniyada 7 fərqli Bank qrupu (Özəl, İctimai, Əmanət kassaları, Dostluq, Kənd təsərrüfatı, Arbitraj və Sənaye) fəaliyyət göstərir ki, hər qrupun da 2 Ombudsmanı vardır. Bu ombudsmanlar öz sahələri üzrə müstəqildirlər və müraciətlərə regional qaydada baxırlar. Bizim təcrübədən fərqli olaraq onlarda maxsimum iddia məbləgi müəyyən olunmamış, lakin digər prosedurlar bizdəki təcrübəyə uyğun olaraq həyata keçirilir. Almaniyada Ombudsman tərəfindən verilən qərarlar banklar tərəfindən yerinə yetirilmə faizi çox yüksəkdir və bu fəaliyyəti təmzimləyən ayrı bir Arbitraj qanunu qəbul edilmişdir. Almaniyada da vətəndaşların müraciətlərinə ödənişsiz olaraq baxılır. M.Haussner həmkarları üçün zəruri olan digər bilik və təcrübələri haqqında ətralı məlumat vermişdir.

    İ.Kərimov dəyərli fikir və təcrübəsini bizimlə bölüşdüyü üçün həmkarına təşəkkürünü bildirmiş və işində uğurlar arzulamışdır. Gələcəkdə də belə təcrübə mübadiləsinin həm burda, həm də Almaniyada davam etdirilməsi istiqamətində razılıq əldə olunmuşdur.

    Görüşün sonunda həm İ.Kərimov, həm M.Haussner iştirakçıları maraqlandıran suallara cavab vermişlər və gələcəkdə görüləcək işlər haqqında fikir mübadiləsi aparmışlar. İclasda 25 bank  və 2 bank olmayan kredit təşkilatının nümayəndələri iştirak etmişdir.

    Qeyd edək ki,  Bank Ombudsmanın yaradılması haqında qərar Azərbaycan Banklar Assosiasiyasının (ABA) Ümumi Yığıncağının  3 fevral 2017-ci il tarixli iclasında qəbul edilib. Hazırda Bank Ombudsmanı 25 bank  və 2 bank olmayan kredit təşkilatı üzrə daxil olan məsələlərə baxır.  Həmçinin digər banklarla, onların müştəriləri olan fiziki şəxslərin iştirakı ilə mübahisələrin baxılmaq üçün Bank Ombudsmanına verilməsi haqqında Bəyənnamənin imzalanması üzərində danışıqlar aparılır.

BİZİMLƏ ƏLAQƏ
AZ1014, Bakı şəhəri, Səməd Vurğun küçəsi 43, World Business Center.
+994 12 497 01 33 
 
XƏRİTƏDƏ GÖSTƏR
2024 © Bank Ombudsmanı | Bütün hüquqlar qorunur! | Marcom