+994 12 497 01 33
AZ1014, Bakı şəhəri, Səməd Vurğun küçəsi 43, World Business Center.
Xəbərlər

Azərbaycan Respublikası Prezidentinin "Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi" haqqında 3 aprel 2019-cu il tarixli Fərmandan irəli gələn tapşırıqların icrası ilə əlaqədar Avropa İttifaqının Ədliyyə Nazirliyi ilə birgə həyata keçirdiyi layihə çərçivəsində Bakıda 22-23 iyul tarixində iki günlük seminar keçirilib. 

Azərbaycanda beynəlxalq və yerli arbitrajın təşviqi və ixtisaslaşmış-kommersiya məhkəmənin yaradılmasına dair seminarı Avropa İttifaqının Müvəqqəti işlər vəkili cənab Denis Daniilidis giriş sözü ilə açıb. 

Yerli və xarici ekspertlər ölkənin ehtiyaclarının qiymətləndirilməsinin ilkin nəticələrərini və qeyd olunan sahələrdə qabaqcıl beynəlxalq təcrübə və tövsiyələrini təqdim etdilər. 

Müzakirələrdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyası, Azərbaycan Respublikası Birinci Vitse-prezidentinin Katibliyi, Ədliyyə Nazirliyi,  İqtisadiyyat nazirliyi, Məhkəmə-Hüquq Şurası, Ali, Apelyasiya və ixtisaslaşmış məhkəmələrin hakimləri,  Vəkillər Kollegiyası, AmCham və Sahibkarlar Konfederasiyasının nümayəndələri iştirak etdilər. 

Layihənin yekun nəticəsi olaraq Azərbaycanda yerli və beynəlxalq arbitrajın təşviqi ilə bağlı yol xəritəsinin və ixtisaslaşmış kommersiya məhkəməsinin yaradılması ilə əlaqədar tövsiyələrin hazırlanması nəzərdə tutulub.

BİZİMLƏ ƏLAQƏ
AZ1014, Bakı şəhəri, Səməd Vurğun küçəsi 43, World Business Center.
+994 12 497 01 33 
 
XƏRİTƏDƏ GÖSTƏR
2024 © Bank Ombudsmanı | Bütün hüquqlar qorunur! | Marcom