+994 12 497 01 33
AZ1014, Bakı şəhəri, Səməd Vurğun küçəsi 43, World Business Center.
Xəbərlər

    Bank Ombudsmanı İkram Kərimov Katibliyin inzibati ofisində Dünya Bankının baş maliyyə məsləhətçisi – mütəxəssis İvor İstuk və baş maliyyə məsləhətçisi – exspert xanım Rosamund Clare Grady ilə görüşmüşdür. Görüşdə Azərbaycan Baklar Assosiasiyasının İcraçı direktoru Yunus Abdulov, Assosiasiyanın Baş iqtisadçısı Bəhruz Əhmədov və Bank Ombudsmanının Məsul katibi Elçin Həsənov iştirak etmişdir.

    İ.Kərimov ilk öncə qonaqlara Bank Ombudsmanının yaranma zərurəti, görülmüş işlər, müraciətlərin statistikası, tərəfdaş banklar, qarşıya çıxan problemlər və onların həlli yolları, qurumun beynəlxalq əlaqələri haqqında məlumat vermiş və gələcəkdə görülməli olan işlərdən danışmışdır. O, müasir dövrdə banklar ilə  müştərilər arasında yaranan fikir ayrılıqlarının məhkəmədən getmədən həllinin böyük əhəmiyyət kəsdiyini vurğulamış, az təminatlı ailələrin qarşılaşdıqları bu probləmlərin həllinə nail olmasının vacibliyini xüsusilə qeyd etmişdir. Bu sahədə olan beynəlxalq təcrübənin, eləcədə Dünya Bankının verə biləcəyi dəstəyin önəmli olduğunu qonaqların nəzərinə çatdırmışdır.

    Dünya Bankının nümayəndələri isə, öz növbəsində Azərbaycanda belə bir institutun yaranmasının mühüm və yerində atılmış bir qərar olduğunu bildirmiş, bu sahədə görülən işləri yüksək qiymətləndirmişlər. Onlar ümid etmişlər ki, bu fəaliyyətin uğurla inkişafına nail olunacaq və problemli kreditlərin sayının azalmasında böyük irəlləyiş əldə ediləcəkdir.

    Qonaqlar İ.Kərimova işlərində uğurlar arzulamış və bu görüşə görə təşəkkülərini bildirmişlər. Qonaqları maraqlandıran digər suallara ətraflı cavab verilmişdir.

     Sonda Bank Ombudsmanı ilə Dünya Bankı arasında olan əməkdaşlığın daha yüksək səviyyədə davam etdirilməsi və Dünya Bankı tərəfindən hər bir sahədə dəstək veriləcəyi haqqında razılıq əldə olunmuşdur.

     Qeyd edək ki,  Bank Ombudsmanın yaradılması haqında qərar Azərbaycan Banklar Assosiasiyasının (ABA) Ümumi Yığıncağının  3 fevral 2017-ci il tarixli iclasında qəbul edilib. Hazırda Bank Ombudsmanı 25 bank  və 1 bank olmayan kredit təşkilatı üzrə daxil olan məsələlərə baxır.  Həmçinin digər banklarla, onların müştəriləri olan fiziki şəxslərin iştirakı ilə mübahisələrin baxılmaq üçün Bank Ombudsmanına verilməsi haqqında Bəyənnamənin imzalanması üzərində danışıqlar aparılır.

BİZİMLƏ ƏLAQƏ
AZ1014, Bakı şəhəri, Səməd Vurğun küçəsi 43, World Business Center.
+994 12 497 01 33 
 
XƏRİTƏDƏ GÖSTƏR
2024 © Bank Ombudsmanı | Bütün hüquqlar qorunur! | Marcom