+994 12 497 01 33
AZ1014, Bakı şəhəri, Səməd Vurğun küçəsi 43, World Business Center.
Xəbərlər

27 yanvar 2020-ci il tarixində Bank Ombudsmanı İkram Kərimov və Məsul katib Elçin Həsənov ilə Dünya Bankının dəstəyi ilə ölkəmizdə mediasiya üzrə pilot layihəsinin həyata keçirilməsi üçün ekspertlər – Rumıniyanın “AG” şirkətinin mediatoru cənab Constantin–Adi Gavrila və Mübahisələrin alternativ həlli üzrə müstəqil ekspert - mediator Ruslan Mirzəyev arasında görüş keçirilib.

Görüşün əsas məqsədi Azərbaycanda mediasiya sahəsində görulən işlər, vətəndaşlar arasında müəyyən mübahisələrin məhkəməyə getmədən mediasiya yolu ilə aradan qaldırılması sahəsində planlaşdırılmış tədbirlər və mediasiya xidmətinin müxtəlif formalarda gostərilməsinin dəstəklənməsi, bank mübahisələrin mediasiya yolu ilə həll edilməsi barədə fikir mübadiləsi aparmaq olub.

 Müzakirələr zamanı, müasir dövrdə banklar ilə  müştərilər arasında yaranan fikir ayrılıqlarının məhkəmədən getmədən həllinin böyük əhəmiyyət kəsb etdiyini xüsusi qeyd edən İ.Kərimov bank mübahisələrində mediasiyanın yüksək fayda verəcəyini bildirdi. Xarici ekspert Constantin–Adi Gavrila gələcəkdə Bank Ombudsmanının ofisində mediasiya mərkəzinin yaradılması, mediasiya sahəsində fəaliyyət göstərməsi üçün təcrübəli mediatorların seçilməsi və öyrədilməsi məqsədi ilə seminarların təşkil olunacağını qeyd etmişdir. Müzakirələr zamanı bank mübahisələrində mediasiya prosesi üçün lazım olan qaydaları, formaları və digər sənədləri əks etdirən Mediasiya Alətlər Toplusu hazırlanaraq tətbiq edilməsi üçün yaxın zamanda yenidən geniş heyətdə görüşün keçirilməsi və banklar üçün müvafiq təqdimatın göstərilməsinin məqsədə müvafiq olması qərara alınmışdır.

Qeyd edək ki,  Bank Ombudsmanın yaradılması haqqında qərar Azərbaycan Banklar Assosiasiyasının (ABA) Ümumi Yığıncağının  3 fevral 2017-ci il tarixli iclasında qəbul edilib. Hazırda Bank Ombudsmanı 25 bank  və 2 bank olmayan kredit təşkilatı üzrə daxil olan məsələlərə baxır.  

BİZİMLƏ ƏLAQƏ
AZ1014, Bakı şəhəri, Səməd Vurğun küçəsi 43, World Business Center.
+994 12 497 01 33 
 
XƏRİTƏDƏ GÖSTƏR
2024 © Bank Ombudsmanı | Bütün hüquqlar qorunur! | Marcom