“Bank ombudsmanının müraciətləri qəbul etməsi üçün www.bankombudsman.az ünvanında fəaliyyət göstərəcək ayrıca internet səhifəsi yaradılıb. Hazırda saytın fəaliyyətə başlaması üçün aparılan texniki işlər yekunlaşmaq üzrədir. Müraciətlər həm bu elektron səhifə üzərindən, həm məktubla, həm də ofisdə qəbul ediləcək”, - deyə ABA-dan bildirilib.
Xatırladaq ki, ABA-nın Rəyasət Heyətinin bu il fevral ayının 3-də keçirilmiş iclasında Bank Ombudsmanının reqlamentinə əlavə və dəyişikliklər təsdiq edilib. Bank Ombudsmanı vəzifəsinə İkram Heydər oğlu Kərimov təyin edilmişdir.
Qeyd edək ki, Bank Ombudsmanın yaradılmasında məqsəd müştərilərin banklara etimadının gücləndirilməsi və tərəflər arasında yaranan mübahisələrin məhkəməsiz həll edilməsidir. Maliyyə ombudsmanının 2 min ABŞ dollarına qədər olan mübahisələrə baxması nəzərdə tutulub. Bununla belə, yalnız o banklardan ombudsmana şikayət etmək mümkün olacaq ki, onlar “Bankların müştəriləri - fiziki şəxslərlə əlaqədar mübahisələrin baxılmaq üçün Bank Ombudsmanına verilməsi haqqında Bəyannamə”ni imzalamış olsun.