+994 12 497 01 33
AZ1014, Bakı şəhəri, Səməd Vurğun küçəsi 43, World Business Center.
Tez-tez verilən suallar

Bank Ombudsmanı  haqqında tez-tez verilən suallar     

 

     1. Bank Ombudsmanı hansı mübahisələrə baxa bilər?    

                                                                          

İddia məbləği maksimum 2000 (iki min) ABŞ dollarının müraciətin daxil olduğu gün Azərbaycan Respublikasının Mərkəzi Bankının rəsmi məzənnəsinə uyğun olaraq manat və digər valyuta ekvivalentinə barəbər olan bütün növ mübahisələrə (kredit, depozit, plastik kartlar, pul köçürmələri və s.) baxılır. Bu zaman mübahisə məhkəmə prosesində və mübahisəni mahiyyəti üzrə həll edən qüvvəyə minmiş məhkəmə aktı olmamalı, mübahisəyə Bank Ombudsmanı tərəfindən bundan əvvəlki dövrdə baxılmamalı, ərizədə qaldırılan məsələnin baş verməsindən və iddia olunan hüquq pozuntusundan iki ildən artıq vaxt keçməməli, barəsində ərizə verilən bankın hazırda fəaliyyət göstərməli,  həmçinin qaldırılan məsələdə müvafiq qanunvericiliyə uyğun olaraq cinayət və inzibati xəta tərkibi yaratmamalıdır. Heç bir hal da şikayət motivi sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi  ilə əlaqədar olmamalıdır.

 

  1. Hansı şəxslər Bank Ombudsmanına müraciət edə bilər?

Bank ilə müqavilə bağlamış yalnız fiziki şəxslər, vətəndaşlığından asılı olmayaraq müraciət edə bilər. 

 

  1. Mübahisə tərəfi kimlər ola bilər?

Mübahisə tərəfi bir tərəfdən bank, digər tərəfdən isə fiziki şəxs və ya onun etibarnamə ilə təmin olunmuş səlahiyyətli nümayəndəsi ola bilər.

 

  1. Hansı Banklar mübahisə tərəfi ola bilərlər?

Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən və “Azərbaycan Banklar Assosasiyası”nın üzvü olan bütün banklar mübahisə tərəfi ola bilər.

 

  1. Bank Ombudsmanına müraciətdən əvvəl nə etmək lazımdir?

İlk öncə şikayətçilər mübahisə ilə bağlı olaraq müqavilə bağladıqları banklara yazılı müraciət etməli və 30 (otuz) iş günü müddətində bankdan işin mahiyyəti ilə cavab gözləməlidir. Cavab alındıqdan sonra, əgər cavab şikayətçini qane etmirsə, həmin məktubları təqdim etməklə Ombudsmana müraciət etmək olar.

 

  1. Bank Ombudsmanına necə müraciət etmək olar?

Ombudsmana elektron formada, poçt vasitəsilə və Ombudsmanın ofisinə gələrək müraciət etmək olar. Hər bir halda zəruri sənədlər müraciətə əlavə olunmalıdır.

 

  1. Ombudsmana hansı sənədlər təqdim edilməlidir?

Ombudsmana müraciətlə bağlı olaraq “Bank Ombudsmanının Reqlamenti”nin 6.2-ci maddəsində göstərilən sənədlər təqdim edilməlidir. Bu reqlament ilə bankombudsman.az saytında tanış olmaq olar.

 

  1. Ombudsman hansı müddətdə müraciətlərə baxmalıdır?

Mübahisə tərəfləri Bakı şəhərində olduqda – 1 (bir) ay, Bakı şəhərindən kənarda olduqda – 2 (iki) ay, tərəflərdən heç olmazsa biri Azərbaycan Respublikasının hüdudlarından kənarda olduğu halda, mübahisənin araşdırılma müddəti 6 (altı) aydan çox olmayan müddətdə baxa bilər.

 

  1. Əgər işin mahiyyəti üzrə qəbul edilmiş qərar icra olunmasa, tərəflərin hansı hüquqları var?

Tərəflərin hər hansı biri digər tərəfi verilmiş qərarın icra olunmamasına görə məhkəməyə vermək hüququ vardır. Sazişin tələblərinin yerinə yetirilməməsi tərəflərə, o cümlədən Banklar üçün hüquqi məsuliyyət yaratmır.

 

  1.  Müraciətə baxmaq ödənişlidirmi?

Müraciətə baxmaq tam ödənişsizdir.

 

BİZİMLƏ ƏLAQƏ
AZ1014, Bakı şəhəri, Səməd Vurğun küçəsi 43, World Business Center.
+994 12 497 01 33 
 
XƏRİTƏDƏ GÖSTƏR
2018 © Bank Ombudsmanı | Bütün hüquqlar qorunur! | Apamark