Müştərilərin banklara etimadının gücləndirilməsinə nail olmaq və banklarla müştərilər arasında yaranmış mübahisələrin həllinin məhkəmədən öncə tapılması məqsədilə Bank Ombudsmanı İnstitutunun yaradılması zərurəti ortaya çıxmışdır. Bu qurum banklarla müştərilər arasında meydana çıxa biləcək mübahisələrin məhkəmədən kənar qaydada həll olunmasına kömək edə bilər. Qurumun yaradılmasında məqsəd mübahisələri Bank Ombudsmanının köməyi ilə həll etməklə, banklar ilə müştəriləri arasında etimad münasibətlərinin formalaşdırılmasına nail olmaqdır.
Bank Ombudsmanın yaradılması haqda qərar Azərbaycan Banklar Assosiasiyasının (ABA) Ümumi Yığıncağının 03 fevral 2017-ci il tarixli iclasında qəbul edilib. Eyni zamanda, həmin iclasda Bank Ombudsmanın Əsasnaməsi və Reqlamenti təsdiq olunub. ABA-nın Rəyasət Heyətinin 14 aprel 2017-ci il tarixində keçirilən növbəti iclasında Bank Ombudsmanı vəzifəsinə İkram Heydər oğlu Kərimov seçilib.