* - işarəsi olan xanalar mütləq doldurulmalıdır. Doldurulmadığı təqdirdə Elektron müraciətin göndərilməsi mümkün olmayacaq.
reqlamentin 4.1-ci maddəsinə əsasən, ərizə verməkdən əvvəl bankın müştərisi öz iddialarının (tələblərinin) mahiyyəti göstərilməklə əlaqədar banka şikayət (ərizə) ilə müraciət etməyibsə, Bank Ombudsmanına müraciət edilə bilməz.
reqlamentin 12.1-ci maddəsinə əsasən, ərizədə qaldırılan məsələnin baş verməsindən və iddia olunan hüquq pozuntusundan sonra 2 (iki) il müddət keçibsə, Bank Ombudsmanına müraciət edilə bilməz
reqlamentin 12.1-ci maddəsinə əsasən, mübahisə üzrə məhkəməyə müraciət olunubsa və ya mübahisəni mahiyyəti üzrə həll edən qüvvəyə minmiş məhkəmə aktı mövcud olduqda, Bank Ombudsmanına müraciət edilə bilməz.
reqlamentin 12.1-ci maddəsinə əsasən, barəsində ərizə verilən bankın lisenziyası geri çağırılıbsa və ya bu bank ləğv olunubsa, Bank Ombudsmanına müraciət edilə bilməz.
reqlamentin 12.1-ci maddəsinə əsasən, mübahisəyə Bank Ombudsmanı tərəfindən artıq baxıldıqda, ona dair barışıq sazişi təsdiq edildikdə və ya mübahisəni mahiyyəti üzrə həll edən qərar varsa, Bank Ombudsmanına müraciət edilə bilməz.
reqlamentin 12.1-ci maddəsinə əsasən, ərizədə qaldırılan məsələ ümumi bank işinə, bankların xidmət çeşidinə və qiymət siyasətinə aiddirsə, Bank Ombudsmanına müraciət edilə bilməz.