+994 12 497 01 33
AZ1014, Bakı şəhəri, Səməd Vurğun küçəsi 43, World Business Center.
Xəbərlər

18 oktyabr 2022-ci il tarixində Azərbaycan Banklar Assosiasiyası (ABA) və Azərbaycan Respublikası Vəkillər Kollegiyası (Vəkillər Kollegiyası) arasında birgə qarşılıqlı əməkdaşlığa dair Memorandum imzalanmışdır. Memorandumu ABA-nın Rəyasət Heyətinin sədri Zakir Nuriyev və Vəkillər Kollegiyasının sədri Anar Bağırov imzalamışlar. 

Tədbirdə Bank Ombudsmanı, Vəkillər Kollegiyasının üzvü və Kollegiyanın Ağsaqqallar Şurası sədri İkram Kərimov fəxri qonaq kimi iştirak etmişdir.

Memorandumu imzalamaqda məqsəd məhkəmə-hüquq sahəsində müvafiq proseslərinin daha da təkmilləşdirilməsinə, o cümlədən bank sahəsində yaranan mübahisələrin həllində vəkillərin, hüquqşünasların peşəkarlıq səviyyəsinin və bank sahəsi üzrə biliklərinin artırılmasına dəstək olunmasıdır. Bu Memorandum bank və maliyyə sisteminə aid qanunvericilik aktlarının, hüquqi-normativ sənədlərin təhlili və bu istiqamətdə zəruri təkliflərin hazırlanması, maliyyə-bank sisteminə aid müvafiq qanunvericilik təşəbbüslərinin işlənib hazırlanmasında vəkillərin peşəkar iştirakını, əlaqədar qurumlara əsaslandırılmış təkliflərin hazırlanması və bu qəbildən olan digər fəaliyyətlərin həyata keçirilməsinə imkan yaradacağı qeyd edilmişdir.

Daha ətraflı məlumat almaq üçün: https://bbn.az/aba-ilə-vəkillər-kollegiyasi-arasinda-memorandum-imzalanmisdir/

 

 

BİZİMLƏ ƏLAQƏ
AZ1014, Bakı şəhəri, Səməd Vurğun küçəsi 43, World Business Center.
+994 12 497 01 33 
 
XƏRİTƏDƏ GÖSTƏR
2022 © Bank Ombudsmanı | Bütün hüquqlar qorunur! | Marcom