+994 12 497 01 33
AZ1014, Bakı şəhəri, Səməd Vurğun küçəsi 43, World Business Center.
Xəbərlər

Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının  Elmi Şurasının qərarı ilə Azərbaycanın əməkdar hüquqşünası, tanınmış vəkil İ.Kərimov "Türk dünyasına müstəsna xidmətlərinə və Türkiyə-Azərbaycan qardaşlıq əlaqələrinin inkişafına verdiyi töhfələrə görə" "Fəxri professor" adına layiq görülüb. İ.Kərimov akademiyanın diplomu və “Beynəlxalq qızıl ulduz” medalı ilə təltif edilib. O, TDABEA-nın qərarı ilə türk dünyası qarşısındakı mühüm xidmətlərinə, Türkiyə-Azərbaycan qardaşlıq əlaqələrinin genişləndirilməsinə töhfələrinə görə mükafatlandırılıb.

Qeyd edək ki, İkram Kərimov 1966-1978-ci illərdə Bakı şəhərinin Oktyabr (Yasamal), Qusar və Xaçmaz rayon prokurorluqlarında müstəntiq, Azərbaycan SSR Prokuroru yanında mühüm işlər müstəntiqi vəzifələrində, 1978-1987-ci illərdə Bakı şəhər Əzizbəyov (Xəzər) rayon prokuroru, Bakı şəhər prokurorunun birinci müavini – İstintaq Şöbəsinin rəisi işləyib. 1987-2012-ci illərdə Bakı Şəhər Məhkəməsinin sədri, Ağır cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Hərbi Məhkəməsinin sədri və Sumqayıt Apelyasiya Məhkəməsinin sədri vəzifələrində çalışıb. Azərbaycan Respublikası Ali Məhkəməsi yanında və Polis Akademiyasında Elmi-Məsləhət Şurasının üzvü olub. Dəfələrlə Bakı Dövlət Universitetinin Hüquq fakültəsində və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Polis Akademiyasında Dövlət İmtahan Komissiyalarına sədrlik edib.

İkram Kərimov ölkəmizdə məhkəmə-hüquq sisteminin fəaliyyətini tənzimləyən qanunvericilik aktları layihələrinin hazırlanmasında yaxından iştirak edib, bir sıra beynəlxalq tədbirlərdə - ABŞ, Asiya və Avropa ölkələrində, Avropa Şurasında respublikamızı təmsil edib.

O, peşəkar fəaliyyətinə və məhkəmə-hüquq sistemində səmərəli xidmətlərinə görə “Şərəf” ordeni, “Tərəqqi”, “Əmək veteranı” medalları və Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin, SSRİ Baş Prokurorunun, Ümumittifaq Həmkarlar İttifaqı Mərkəzi Şurasının, həmçinin müstəqil respublikamızın Ədliyyə Nazirliyi və Məhkəmə-Hüquq Şurası tərəfindən fəxri fərman və digər mükafatlara layiq görülüb.

14 aprel 2017-ci ildən Azərbaycan Respublikasının Bank Ombudsmanıdır.

BİZİMLƏ ƏLAQƏ
AZ1014, Bakı şəhəri, Səməd Vurğun küçəsi 43, World Business Center.
+994 12 497 01 33 
 
XƏRİTƏDƏ GÖSTƏR
2022 © Bank Ombudsmanı | Bütün hüquqlar qorunur! | Marcom