+994 12 497 01 33
AZ1014, Bakı şəhəri, Səməd Vurğun küçəsi 43, World Business Center.
Xəbərlər

28 dekabr 2021-ci il tarixində İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin, Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasının və Mediasiya Şurasının birgə tərəfdaşlığı ilə mediatorlar üçün təşkil edilən istehlakçıların hüquqlarının müdafiəsinə dair maarifləndirmə kurslarının ilk mərhələsi başa çatıb və Dövlət Xidmətində mediatorlara sertifikatlar təqdim edilib. Sertifikat alanlar arasında Bank Ombudsmanının Məsul katibi, mediator Elçin Həsənov da yer almışdır. 

Tədbirdə çıxış edən Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli Xidmətlə Mediasiya Şurası arasında möhkəm və dayanıqlı əməkdaşlığın qurulması istehlakçı hüquqlarının qorunması sahəsində operativliyin artırılmasına və nəticə etibarı ilə vətəndaş məmnuniyyətinin təmin edilməsinə səbəb olacağını bildirib. Xidmət rəisi həmçinin qurumun fəaliyyət sahələri haqqında məlumat verərək, iqtisadi ədalətin qorunması istiqamətində Ədliyyə Akademiyası ilə əməkdaşlığın inkişaf prespektivləri haqqında danışıb.

Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasının rektoru vəzifəsini icra edən Elçin Xələfov təlimlərin yüksək səviyyədə keçirildiyinə görə Dövlət Xidmətinə təşəkkür edib. Qeyd edib ki, bu cür təlimlərin təşkil olunması mediatorların bilik və təcrübəsini artıraraq fəaliyyətlərinin daha effektiv qurulmasına və nəticə etibarı ilə məhkəmələrin iş yükünün azalmasına səbəb olacaq.

Mediasiya Şurasının İdarə Heyətinin sədri Nadir Adilov Dövlət Xidməti ilə əməkdaşlığın davamlı olmasının vacibliyini vurğulayıb. Bildirib ki, keçirilən ilk təlimin effektivliyi, informasiya yükü istehlakçı hüquqlarının qorunmasında önəmli olacaqdır.

BİZİMLƏ ƏLAQƏ
AZ1014, Bakı şəhəri, Səməd Vurğun küçəsi 43, World Business Center.
+994 12 497 01 33 
 
XƏRİTƏDƏ GÖSTƏR
2022 © Bank Ombudsmanı | Bütün hüquqlar qorunur! | Marcom