+994 12 497 01 33
AZ1014, Bakı şəhəri, Səməd Vurğun küçəsi 43, World Business Center.
Baxılmış işlər
  1. Vətəndaş Bank Ombudsmanına müraciət edərək, bankdan kredit götürdüyünü və cox hissəsini bir dəfəyə, qalan hissəsini isə hissə - hissə ödədiyini və kreditini bitirdiyini bildirmişdir. Lakin ödənişləri bitirdikdən    1 (bir) il sonra bankdan ona bildirish daxil omuş və onun banka borcu olduğu bildirilmişdir. Daxil olmuş müraciət icraat alındıqdan sonra sənədlər banka göndərilmiş və aparılmış danışıqlar nəticəsində bank vətəndaşa bu borcu bağışlamışdır.Tərəflər arasında icraatın müsbət həllinin mümkümkünlüyü ilə bağlı   Bank Ombudsmanı tərəfində Barışıq Sazişinin imzalanması ilə bağlı qərar verilmiş və Saziş imzalanmışdır.
  2. Vətəndaş müraciət edərək onun banka 3331 (üç mun üç yüz otuz bir) AZN borcunun qaldığını, mütamadi olaraq ödədiyini, yalnız aylıq ödənişlərin çox olduğu üçün imkanının çatmadığına görə, yerdə qalan məbləğə faizlərin qismən azaldılaraq aylıq ödənişin azaldılması haqqında xahiş etmişdir. Müraciətə Bankla birlikdə bank Ombudsmanı tərəfindən baxılmış və nəticədə, 28% bank faizi 9 faiz aşağı tətbiq edilərək aylıq ödəniş aşağı salınaraq, müqavilə yenidən rəsmiləşdirilmişdir. Hər iki tərəf edilmiş güşətlə razı olduğu üçün Barışıq sazişi imzalanmışdır.
  3. Vətəndaş müraciət edərək onun banka 3037 (üç mun otuz yeddi) AZN borcunun qaldığını, heç bir gecikmə olmadan ödədiyini, yalnız aylıq ödənişlərin çox olduğu üçün imkanının çatmadığına görə, yerdə qalan məbləğə faizlərin qismən azaldılması ilə borcun yüngülləşdirilməsini xahiş etmişdir. Müraciətə Bankla birlikdə Bank Ombudsmanı tərəfindən baxılmış və nəticədə, 26% bank faizi 3 faiz  aşağı salınmaqla borc məbləği azaldılaraq, müqavilə yenidən rəsmiləşdirilmişdir. Hər iki tərəf edilmiş güşətlə razı olduğu üçün Barışıq sazişi imzalanmışdır.
  4. Vətəndaş müraciət edərək onun bankda olan 50000 (əlli min) dollar depozitinin vaxtından qabaq hissə-hissə götürərkən, sonuncu məbləgdə ondan müəyyən məbləğdə faiz tutulduğunu bildirmiş və bu tutulmanı düzgün hesab etməyərək ödənilən məbləğin geri qaytarılmasını xahış etmişdir. Müraciətə Bankla birlikdə Bank Ombudsmanı tərəfindən baxılmış və nəticədə, bank tərəfindən qoyulmuş depozitin, vaxtından qabaq götürüldüyü üçün faiz tutulması müqavilə şərtlərinə uyğun olaraq həyata keçirilməsi müəyyən edilmişdir. Bu səbəbdən, müraciətin icrasına xitam verilməsi haqqında qərar qəbul edilmişdir.
  5. Vətəndaş müraciət edərək onun banka olan 1480 (min dörd yüz səksən) dollar kredtinin aşağı faizlə birdəfəlik ödənilməsini xahış etmişdir. Müraciətə Bankla birlikdə Bank Ombudsmanı tərəfindən baxılmış və nəticədə, bank vətəndaşın xahişi ilə aşağı məzənnə təklifi vermiş və vətəndaş həmin məzənnəyə uyğun olaraq borcunu birdəfə ödəmək şərti ilə bağlamışdır. Hər iki tərəf edilmiş güşətlə razı olduğu üçün Barışıq sazişi imzalanmışdır.
  6. Vətəndaş müraciət edərək, banka kredit kartı əsasında olan 628 (altı yüz iyirmi səkkiz) dollar borcunun faizlərinin yenidən hesablanması, artıq yazılmış borcların silinməsini və qalan məbləgin isə yenidən əlavə faiz hesablanmadan güzəştli şərtlərlə ödənilməsini xahiş etmişdir. Araşdırma nəticəsində müəyyən olunmuşdur ki, vətəndaşa bu günə kartdan çıxatdığı və geri qaytardığı vəsaitləri manatla həyata keçirsədə, hesablamalar dolların müvafiq kursu ilə hesablanmışdır. Bu səbəbdən həm gecikmə faizləri, həm əsas məbləğə hesablanmış faizlərin həcmi artmışdır ki, bu da müvafiq borcun yaranmasına səbəb olmuşdur. Bu səbəbdən bank tərəfindən vətəndaşa hər hansı bir güşəştin edilməsini məqsədə uyğun hesab edilməmişdir. Bank Ombudsmanı tərəfindən müraciətin icrasına xitam verilməsi haqqında qərar qəbul edilmişdir.
  7. Vətəndaş müraciət edərək, banka olan 943 (doqquz yüz qırx üç) manat borcunun faizlərinin azaldılması və qalan məbləgin əlavə faiz hesablanmadan aylıq məbləğin azaldılaraq ödənilməsini xahiş etmişdir. Araşdırma nəticəsində müəyyən olunmuşdur ki, vətəndaşa bu günə kimi heç bir gecikməsi olmamış, hər ay 49 manat əvəzinə 50 manat pul ödəmişdir. Vətəndaşın 68 yaşında 2-ci qrup əlil olduğu və  ayda 66 manat təqaüd aldığı üçün 2020-ci ilə kimi hər ay 50 manatını banka verməyə imkanının olmadığı müəyyən edilmişdir. Bank vətəndaşa kredit müddətinin artırılması və aylıq ödənişin azaldılması təklifini versədə, vətəndaş əlavə faizlər hesablandığı üçün borc məbləğinin artacağını əsas gətirərək, bu təkilflə razılaşmamışdır. Bank Ombudsmanı tərəfindən müraciətin icrasına xitam verilməsi haqqında qərar qəbul edilmişdir.
  8. Vətəndaş müraciət edərək, banka olan 983 (doqquz səkkən üç) manat borcunun 536 (beş yüz otuz altı) manatının silinməsini, yerdə qalan məbləgin isə yenidən əlavə faiz hesablanmadan güzəştli şərtlərlə ödənilməsini xahiş etmişdir. Araşdırma nəticəsində müəyyən olunmuşdur ki, vətəndaşa bu günə qədər səhhətinə, yaşına, sosial durumuna görə heç bir cərimə faizi tətbiq edilməmişdir. Bu səbəbdən və müqavilə müddəti bitdiyinə görə vətəndaşa hər hansı bir güzəştin edilməsi bank tərəfindən məqsədə uyğun hesab edilməmişdir. Bank Ombudsmanı tərəfindən müraciətin icrasına xitam verilməsi haqqında qərar qəbul edilmişdir.
  9. Vətəndaş müraciət edərək onun banka 1688 (min altı yüz səksən səkkiz) dollar borcunun qaldığını, sosial durumunun zəif olması ilə əlaqədar olaraq, ödənişlərini edə bilmədiyinə görə, yerdə qalan məbləğə faizlərin qismən azaldılması ilə borcun yüngülləşdirilməsi və dolların manata konvertasiya edilməsini xahiş etmişdir. Müraciətə Bankla birlikdə Bank Ombudsmanı tərəfindən baxılmış və nəticədə, kredit üzrə 10% ilkin ödəniş etmək şərti ilə, illik 29% dərəcəsi 15%-ə azaldılaraq, aylıq ödənişin endirilməsi ilə dolların manata konvertasiyası bank tərəfindən təklif edilmişdir. Vətəndaş edilmiş təkliflə razılaşdığı üçün tərəflər arasında Barışıq sazişi imzalanmışdır.
  10. Vətəndaş müraciət edərək onun banka olan 1643 (min altı yüz qırx üç) dollar kredtinin aşağı faizlə birdəfəlik ödənilməsini xahış etmişdir. Müraciətə Bankla birlikdə Bank Ombudsmanı tərəfindən baxılmış və nəticədə, bank vətəndaşın xahişi ilə aşağı məzənnə təklifi vermiş və vətəndaş həmin məzənnəyə uyğun olaraq borcunu birdəfə ödəmək şərti ilə bağlamışdır. Hər iki tərəf edilmiş güşətlə razı olduğu üçün Barışıq sazişi imzalanmışdır.
  11.  Vətəndaşlar müraciət edərək, banka olan 2151(iki min yüz əlli bir) manat və 1838 (min səkkiz yüz otuz səkkiz) manat borclarının devalvasiyadan sonra artan hissəsinin silinməsini, yerdə qalan məbləğin isə güzəştli şərtlərlə ödənilməsini xahiş etmişlər. Araşdırma nəticəsində müəyyən olunmuşdur ki, vətəndaşın hər ikisi krediti ilk vaxtlar dollarla başqa bankdan götürmüşlər, məlum devalvasiyalardan sonra kredit manata çevrilərək öhdəlikləri digər banka verilmişdir. Bank hər iki vətəndaşa kredit müddətinin artırılması və aylıq ödənişin azaldılması təklifini versədə, hər biri əlavə faizlər hesablandığı üçün borc məbləğinin artacağını əsas gətirərək, bu təkilflə razılaşmamışlar. Hər iki vətəndaşa hər hansı bir güzəştin edilməsi bank tərəfindən məqsədə uyğun hesab edilməmişdir. Bank Ombudsmanı tərəfindən müraciətin icrasına xitam verilməsi haqqında qərar qəbul edilmişdir.
  12. Vətəndaşlar müraciət edərək, banka olan 1048 (min qırx səkkiz) dollar borcunun aşağı məzənnə ilə birdəfəlik ödənilməsini xahiş etmişdir. Lakin bank belə bir imkanını bank tərəfindən müəyyən olunmadığını əsas gətirərək, bu təklifi qəbul etməmişdir. Bank vətəndaşa dollar kreditinin bağlanılması üçün yeni illik 10%-lə manat kreditinin verilməsi təklifini versədə, vətəndaş əlavə pul ödəmək istəmədiyini əsas gətirərək, bu təkilflə razılaşmamışdır. Bank Ombudsmanı tərəfindən müraciətin icrasına xitam verilməsi haqqında qərar qəbul edilmişdir.
BİZİMLƏ ƏLAQƏ
AZ1014, Bakı şəhəri, Səməd Vurğun küçəsi 43, World Business Center.
+994 12 497 01 33 
 
XƏRİTƏDƏ GÖSTƏR
2024 © Bank Ombudsmanı | Bütün hüquqlar qorunur! | Marcom