+994 12 497 01 33
AZ1014, Bakı şəhəri, Səməd Vurğun küçəsi 43, World Business Center.
Baxılmış işlər

Baxılmış bəzi işlər:

  1. Vətəndaş müraciət edərək, banka olan 1000 (min) manat borcunun sosial durumunun zəif olması səbəbi ilə tam silinməsini xahiş etmişdi. Araşdırma nəticəsində müəyyən olunmuşdur ki, vətəndaşın banka olan borcu 4474 (dörd min dörd yüz yetmiş dörd) manat təşkil edir və bu günə qədər səhhətinə, yaşına, sosial durumuna görə heç bir cərimə faizi tətbiq edilməmişdir. Bank vətəndaşa qalıq borcunun 3580 (üç min beş yüz səksən) manatını tam ödəyəcəyi təqdirdə, yerdə qalan 894 (səkkiz yüz doqsan dörd) manat borcunun tam silinməsi təklifini versə də, vətəndaş sosial durumunu əsas gətirərək, bu təkilflə razılaşmamışdır. Bank Ombudsmanı tərəfindən müraciətin icrasına xitam verilməsi haqqında qərar qəbul edilmişdir.
  2. Vətəndaş müraciət edərək banka olan 3483.52 (üç min dörd yüz səksən üç manat, 52 qəp) manat borcunun onun zaminin aylıq əmək haqqından məcburi qaydada hər ay 25 % pul tutulması haqqında qətnamə çıxarmış. Vətəndaşın iddiasına əsasən 10 ay pulun tutulmasına baxmayaraq, köçürülmə həmin vətəndaşın bankda olan hesabına deyil, başqa hesaba köçürülür və banka olan borcundan silinmir. Müraciətə Bankla birlikdə bank Ombudsmanı tərəfindən baxılmış və nəticədə, vətəndaşın əmək haqqından tutulmuş və texniki səhvlə digər hesaba köçürülmüş 376.47 ABŞ dolları vəsait borclunun məhkəmə qərarı üzrə borcuna yönəldilmiş, texniki səhv aradan qaldırılmışdır. Tərəflər arasında Barışıq sazişi imzalanmışdır.
  3. Vətəndaş müraciət edərək, onun banka məxsus kartından mobil bank əlavəsi vasitəsi ilə digər banka məxsus kredit kartına 500 (beş yüz) manat pul köçürülmüşdür. Pul vəsaiti banka məxsus kartdan silinsədə, digər bankda olan kredit kartına köçürülməmiş və həmin ay üzrə vətəndaşın digər banka məxsus hesabında heç bir əməliyyat aparılmamışdır. Müraciətə bank ilə birlikdə Bank Ombudsmanı tərəfindən baxılmış və araşdırmanın nəticəsi olaraq bank 500 AZN məbləğində vəsaiti vətəndaşın kart hesabına köçürmüşdür. Tərəflər arasında Barışıq sazişi imzalanmışdır.
  4. Vətəndaşın müraciətinə əsasən, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanının tətbiqi ilə devalvasiya nəticəsində vətəndaşa dəymiş ziyana görə 2292.72 (iki min ikiyüz doxsan iki, 72) manat kompensasiya hesablanmış və kompensasiya məbləğindən vətəndaşın bankda olan ödəniş müddəti keçmiş əsas kredit məbləği – 1253.15 ( min iki yüz əlli üç, 15) manat borcu tamamən silinmişdir. Son nəticədə banka məxsus kredit kartı ilə vətəndaşa çatacaq 1039,57 (min otuz doqquz, 57) manat vətəndaşa verilmişdir. Lakin vətəndaş bankdan onun borcu olmadığı haqqında arayış istədikdə, bankdan onun banka hələ də 58 (əlli səkkiz) manat faiz borcunun qaldığını iddia edərək, arayışı verməkdən imtina etmişlər. Müraciətə Bankla birlikdə Bank Ombudsmanı tərəfindən baxılmış və bank tərəfi fərmanla bağlı hesablanmış kompensasiya məbləğinə müvafiq olaraq, mövcud kredit müqaviləsinə yönəlmiş, lakin bu məbləğ, borcun tam bağlanmasını təmin etməmişdir və bank tərəfindən qalıq faiz məbləğinin silinməsi prosesinə başlanılmışdır. Hər iki tərəf edilmiş güşətlə razı olduğu üçün Barışıq sazişi imzalanmışdır.
  5. Vətəndaş bank tərəfindən ona məxsus sahibkar kartı əldə etmiş və ona 40 (qırx) manat vəsait ödənilməsinə baxmayaraq kart işləməməsi ilə bağlı müraciət etmiş və ona ödədiyi məbləği geri qaytarmağı tələb etmişdir. Araşdırma nəticəsində müəyyən olunmuşdur ki, Bank tərəfi vətəndaşın kartdan istifadə etməməsi ilə bağlı iddiasını əsassız hesab etmiş və kartdan əməliyyatlar aparıldığını qeyd edərək, kartın əldə edilməsinə görə ödənilmiş vəsaitin geri qaytarılmasının mümkün olmadığını bildirmişdir. Həmçinin kart hesabından ödənişlərin yalnız banka məsus mobil əlavə vasitəsi ilə həyata keçirilməli olduğu müəyyən edilmişdir. Müştəri ilə bank arasında mübahisənin müsbət həll olunması üzrə razılıq əldə edilmədiyini nəzərə alaraq, Bank Ombudsmanı tərəfindən müraciətin icrasına xitam verilməsi haqqında qərar qəbul edilmişdir.
  6. Vətəndaş müraciət edərək, aylıq ödəniş məbləği 73.70 AZN olmaqla 2475.72 AZN məbləğində güzəştli şərtlərlə adına nağd pul krediti rəsmiləşdirilmişdir. Vətəndaş 1 il hər ay ödəniş etməsinə baxmayaraq, sonradan sosial durumunun ağırlaşması səbəbi ilə ödəniş etməmişdir. Bank ilə bağlanılmış kredit müqaviləsi üzrə borcundan faiz və cərimələr silinməklə, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanının tələbləri (360 gündən artıq gecikmə və 10000 AZN-dən az məbləğdə) nəzərə alınmaqla restrukturizasiya edilməsini xahiş etmişdir. Araşdırma nəticəsində müəyyən olunmuşdur ki, Azərbaycan Respublikası Prezidentinin Fərmanının tətbiqi çərçivəsində kredit müqaviləsi üzrə gecikmə günləri 01.03.2019-cu il tarixində 360 gündən az olduğundan kreditinin restrukturizasiya edilməsi mümkün olmamışdır. Müştəri məmnuniyyətinin artırılması məqsədi ilə müştəriyə cari kreditinin qalıq borcunu (3801.21 AZN ümumi borc, 1925.16 AZN əsas borc, 1869.55 AZN faiz borcu, 6.50 AZN cərimə borc) 2000 AZN-dək azaldılaraq illik 15 faiz olmaqla 60 ay müddətinə restrukturizasiya edilməsi təklif edilmişdir. Lakin müştəri ona təklif edilən güzəştlə razılaşmamış və Bank Ombudsmanı tərəfindən müraciətin icrasına xitam verilməsi haqqında qərar qəbul edilmişdir.
  7. Vətəndaş müraciət edərək, banka olan 3456,74 (üç min dörd yüz əlli altı, 74) manat borcundan 2000 (iki min) manat hissəsinin artıq ödəməsi səbəbi ilə tam silinməsini və geri qalan hissəsinin isə “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanının tələblərinə uyğun olaraq, restruktizasiya olunmasını xahiş etmişdir. Araşdırma zamanı bank tərəfindən verilən məlumata əsasən, vətəndaşın banka olan 3456,74 manat (2 022.76 AZN əsas borc, 1.433.98 AZN faiz borc) borcu məhkəmə qətnaməsi əsasında hər ay təqaüdündən vaxtı vaxtında tutulduğu üçün gecikməsi yoxdur və müvafiq Fərmanın tələblərinə əsasən, restruktizasiya olunması mümkün deyil. Eyni zamanda, bank tərəfindən vətəndaşın əsas borcunu ödədiyi təqdirdə, vətəndaşın ailə vəziyyəti, səhhəti və sosial durumu nəzərə alınaraq, qalıq borcu 1.433.98 AZN-nin güzəşt edilməsi təklifi verilsə də, vətəndaş sosial durumunu əsas gətirərək, bu təkliflə razılaşmamışdır və Bank Ombudsmanı tərəfindən müraciətin icrasına xitam verilməsi haqqında qərar qəbul edilmişdir.                                                      
BİZİMLƏ ƏLAQƏ
AZ1014, Bakı şəhəri, Səməd Vurğun küçəsi 43, World Business Center.
+994 12 497 01 33 
 
XƏRİTƏDƏ GÖSTƏR
2024 © Bank Ombudsmanı | Bütün hüquqlar qorunur! | Marcom