Vətəndaş müraciət edərək, 18.11.2019-cu il tarixində ona məxsus bankın kartından 668,40 qəpik (altı yüz altmış səkkiz manat, 40 qəpik) AZN pul silinmiş və əlavə olaraq 90 (doxsan) AZN məbləğində vəsaitin də silinəcəyi haqqında sms göndərilmişdir. Vətəndaş bu məsələ ilə bağlı banka müraciət etmiş, bank tərəfi məbləğin kartdan 2013-cü ildə imzalanmış kredit müqaviləsinə görə 2014-cü il üçün hesablanmış komissiya haqqı (0,5%) olaraq tutulduğunu, məbləğin həmin vaxtı 450 (dörd yüz əlli) AZN, üzərinə gecikmə faizlər gəlməklə bugünə 750 (yeddi yüz əlli) AZN məbləğində tutulacağını bildirilmişdir. Lakin vətəndaş məbləğin niyə 2014-ci ildə tutulmamasını, məhz faizlər hesablanaraq 5 il sonra tutulmasını əsassız hesab etdiyini əsas gətirərək, tutulmuş vəsaitin geri qaytarılmasını xahiş etmişdir. Qeyd edilən məsələ araşdırılaraq müsbət həll edilmiş, tutulan vəsait geri qaytarılmış və tərəflər arasında Barışıq sazişi imzalanmışdır.
Vətəndaş müraciət edərək, banka olan öhdəliyinə görə 720 (yeddi yüz iyirmi) manat məbləğin artıq ödəməsi səbəbi ilə geri qaytarılmasını qeyd etmişdir. Bank tərəfindən verilən məlumata əsasən, müştəri ilə bank arasında 20 noyabr 2014-ci il tarixində bağlanılan kredit müqaviləsi üzrə (1000 USD) borc öhdəliyi yeni məzənnə ilə yerinə yetirilib. Lakin xarici valyutanın rəsmi məzənnəyə nisbətdə artması nəticəsində, vətəndaşın ödənişlərindəki yaranan çətinlikləri nəzərə alaraq, kredit müqaviləsinin müddəti 20 avqust 2017-ci il tarixədək uzadılması və faizlərin müddətinin bitdiyi vaxtda alınması sazişi imzalanmışdır. Vətəndaş tərəfindən toplam 1279.14 USD ödəniş etmiş və borc tam ödənilərək 23.11.2016 tarixində bağlanmışdır. Məzənnə fərqinə əsasən, vətəndaşa hesablanmış kompensasiya məbləği “Azərbaycan Respublikasının fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 2019-cu il 28 fevral tarixli Fərmanla bağlı kart hesabına mədaxil edilərək müştəriyə təqdim olunmuşdur. Vətəndaşın iddiasının əsassız olduğu nəzərə alaraq, Bank Ombudsmanı tərəfindən müraciətin icrasına xitam verilməsi haqqında qərar qəbul edilmişdir.
Vətəndaş müraciət edərək, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanına əsasən, kreditinin kompensasiya edildiyini və qalıq borcunun 523 USD (887 AZN) təşkil etdiyini bildirir. Bu hal Azərbaycan Kredit Bürosu (AKB) tərəfindən verilən çıxarışda da qeyd edilir. O, banka yaxınlaşaraq, borc məbləğin tam olaraq ödəmək istədiyini bildirdikdə, bank tərəfindən ona qalıq borcunun 523 USD deyil, 2563 USD olduğunu bildirmişlər. Qeyd edilən məsələ araşdırılaraq müsbət həll edilmiş, vətəndaş çıxarışa uyğun borcunu bağlamış və tərəflər arasında Barışıq sazişi imzalanmışdır.
Vətəndaşın müraciətinə əsasən, Bakı şəhər Binəqədi rayon Məhkəməsinin 02.09.2016-cı il tarixli əmri ilə müəyyən edilmiş 450 AZN (dörd yüz əlli manat) məbləğində banka olan borcunun ödənilməsinə baxmayaraq, ondan bank tərəfindən qeyd edilən məbləğdən artıq ödəniş tələb edildiyini və adinın Azərbaycan Kredit Bürosu (AKB) reyestrində aktiv gecikmədə olduğunu iddia edir. Vətəndaş qeyd olunan məsələnin araşdırılması, artıq yazılmış borcun silinməsi və adının aktiv borclu kimi AKB reyestrindən silinməsi xahiş edir. Qeyd edilən məsələ araşdırılaraq müsbət həll edilmiş, artıq vəsait silinmiş və tərəflər arasında Barışıq sazişi imzalanmışdır.
Vətəndaşın müraciətinə əsasən, 31 iyul 2020-ci il saat 13:16-da bankın mobil bank əlavəsi vasitəsi ilə özünə məxsus kartından card-to-card vasitəsilə başqa bir banka aid karta 40 (qırx) AZN məbləğində pul göndərdiyini, lakin texniki nasazlıq səbəbindən eyni əməliyyat eyni saat, eyni dəqiqədə 3 dəfə təkrarlandığından kartdan artıq məbləğ çıxdığını iddia edir. Onun kartından 120 (yüz iyirmi) AZN çıxmağına baxmayaraq, digər karta yalnız 80 (səksən) AZN məbləğində pul köçürülmüşdür. Bununla bağlı olaraq banka məxsus qaynar xəttə müraciət etdiyini, bank tərəfindən həmin tarixdə texniki nasazlığın olduğunu təsdiq etsələrdə, artıq çıxılmış məbləğin geri qaytarılmasının mümkün olmamışdır. Qeyd edilən məsələ araşdırılaraq müsbət həll edilmiş, tutulan artıq vəsait geri qaytarılmış və tərəflər arasında Barışıq sazişi imzalanmışdır.
Vətəndaş müraciət edərək, 2017-ci il tarixində bankdan 5000 (beş min) AZN məbləğində götürdüyü kredit üzrə ilk vaxtlar normal ödəniş etdiyini, sonradan isə ödənişlərin də gecikmələr olduğunu qeyd edirək, hazırda aylıq 174 (yüz yetmiş dörd) AZN manat ödənişi vaxtı vaxtında əmək haqqı kartından tutulduğunu bildirir. 300 (üç yüz) AZN aylıq əmək haqqısının böyük hissəsini borca ödənildiyini, əsas borcu ödəyib bitirdikdən sonra faiz borcumun ödənilməsinə şərait yaradılması xahişi ilə müraciət etmişdir. Bank tərəfi bu xahişin texniki cəhətdən mümkün olmadığını əsas gətirərək, müştəriyə cari kreditinin qalıq borcunu restrukturizasiya edilməsi təklif edilmişdir. Lakin müştəri ona təklif edilən güzəştlə razılaşmamış və Bank Ombudsmanı tərəfindən müraciətin icrasına xitam verilməsi haqqında qərar qəbul edilmişdir.
Vətəndaş müraciət edərək, ona məxsus 2 (ədəd) əmək haqqı kartı və 1 (bir) ədəd kredit kartı 13 oktyabr 2020-ci il tarixində bank tərəfindən bloklanmışdır. O, bununla bağlı həm bankın Gəncə şəhərində yerləşən filialına, həm bankın qaynar xəttinə müraciət etsədə, ona bloklanmanın hansı səbəbdən baş verməsi haqqında məlumat verilməmiş və kartlarıı blokdan çıxarılmamışdır. Vətəndaş məsələnin araşdırılmasını və kartların blokdan çıxarılmasını xahiş etmişdir. Qeyd edilən məsələ araşdırılaraq müsbət həll edilmiş, kart blokdan çıxarılmış və tərəflər arasında Barışıq sazişi imzalanmışdır.