Vətəndaş müraciət edərək, 06.11.2019-cu il tarixində Bankın filialından 10000 (on min) manat kredit və 3000 (üç min) manat dəyərində kart alıb. Əmək haqqı kartı banka məxsus kart olduğu üçün hər ay 305 (üç yüz beş) manat məbləğində kredit ödənişi heç bir gecikmə olmadan kartdan ödənilir. Pandemiya vəziyyətinə görə əmək haqqı azaldığı üçün karta olan ödənişlərini geri qaytarmaqda çətinlik çəkir. Gecikmə faizlərini artdığını və digər kredit öhdəliklərinin olduğunu nəzərə alaraq, vətəndaş kartıın ləğv edilməsini və borcunun qrafik açılaraq ödənilməsinə imkan yaradılmasını xahiş edir. Qeyd edilən məsələ araşdırılaraq müsbət həll edilmiş, kart ləğv edilərək borcunun qrafik açılaraq ödənilməsinə imkan yaradılması təmin edilmiş və tərəflər arasında Barışıq sazişi imzalanmışdır.
Vətəndaş müraciət edərək, 04.01.21-ci il tarixində saat 17:24-də Nizami rayonu, Qara Qarayev prospekti 46 ünvanında yerləşən Grandmarketdə (hazırkı Bolmart) olan Banka məxsus terminal üzərindən təcili pul köçürməsi vasitəsilə komissiya haqqı daxil 102 (yüz iki) manat olmaqla köçürmə əməliyyatı etmişdir. Terminal pulu götürdüyünü, ekranda ödənişin uğurla həyata keçirilməsi haqqında bildiriş yazıldığını qeyd etsədə, terminal tərəfindən qəbz verilməmişdir. Qəbz olmadığı üçün pulu alan tərəfin ödənişi ala bilməmişdir. Vətəndaş bu məsələnin araşdırılmasını və ödənişin təmin edilməsini xahiş etmişdir. Qeyd edilən məsələ araşdırılaraq müsbət həll edilmiş, ödəniş həyata keçirimiş və tərəflər arasında Barışıq sazişi imzalanmışdır.
Vətəndaş müraciət edərək, 02.04.2021-ci il tarixində banka məxsus kartından onlayn sayt səhifəsi vasitəsi ilə digər banklara məxsus kartlara 3 dəfə pul köçürməsi etmiş, hər köçürməyə görə də tələb olunan qaydada komissiya haqqı (1% min 1 manat) olmaqla pul vəsaiti hesabından silinmiş və sms şəklində əks olunmuşdur. Lakin hər 3 köçürmə tamamladıqdan sonra kart balansından olan məbləğin kifayət qədər olmadığını, heç bir məlumat verilmədən hər köçürməyə görə 8.50 manat, ümumilikdə 25.50 manat vəsaitin balansımdan silindiyini qeyd edir. Bununla bağlı saytın səhifəsinə müraciti əsasında aldığı cavab əsasən, komissiyadan əlavə qeyd olunan 5 dollar (8.50 manat), ümumilikdə 15 dollar (25.50 manat) vəsaitin bank tərəfindən tutulduğunu bildirmişlər. Vətəndaş qeyd edilən məsələnin araşdırılması və artıq tutulan vəsaitin geri qaytarılması xahişi ilə müraciət edir. qeyd edilən vəsaitin banka məxsus platformadan həyata keçirildiyi üçün vergi orqanı tərəfindən vergi qismində tutulduğunu qeyd edərək, vəsaitin geri qaytarılmasının mümkün olmadığını bildirmiş və Bank Ombudsmanı tərəfindən müraciətin icrasına xitam verilməsi haqqında qərar qəbul edilmişdir.
Vətəndaşın müraciətinə əsasən, 14.03.21-ci il tarixində ona məxsus bank kartından məlum olmayan səbəbdən 295.53 (iki yüz doxsan beş manat, 53 qəp) AZN məbləğində pul tutulmuşdur. Bununla bağlı banka müraciət etdikdə, ona cavab verilmişdir ki, 2019-cu ildə maaş kartından 200 AZN məbləğində avans pul çəkilmiş, 2020-ci ildə kartı dəyişdirildiyi üçün vəsaitin tutulması indi həyata keçirilmişdir. Vətəndaş isə onun əmək haqqı kartının 2018-ci ildə verildiyini, 2020-ci ildə dəyişdirilmədiyi iddia edərək, bu puldan istifadə etmədiyini bildirir. Vətəndaş bu məsələnin araşdırılmasını və tutulmuş vəsaitin geri qaytarılmasının təmin edilməsini xahiş edir. Bank tərəfi vətəndaşa məxsus əmək haqqi kartından həqiqiən avans məbləğin çıxarıldığını bank çıxarışları ilə vətəndaşa təqdim etmiş və tutulan vəsaitin qanunauyğun olduğunu bildirmişdir. Bank Ombudsmanı tərəfindən müraciətin icrasına xitam verilməsi haqqında qərar qəbul edilmişdir.
Vətəndaşın müraciətinə əsasən, bank tərəfindən onun rəsmi çalışdığı şirkətə əvvəlcə 2555.75 (iki min beş yüz əlli beş, 75) dollar məbləğində, onun etirazından sonra isə ikinci dəfə 1435 (bir min dörd yüz otuz beş) dollar borcunun olması haqqında bildirişin göndərildiyini qeyd edir. Vətəndaşın iddiasına görə, banka olan 680 (altı yüz səksən) dollar borcunu ödədikdən sonra, 27.07.2021-ci il "Azərbaycan Kredit Bürosu” ASC-dən alınmış çıxarış sənədinə əsasən, onun banka borcu olmadığı halda, bank tərəfindən onun hələ də 755 (yeddi yüz əlli beş) dollar borcunun qaldığı bildirilir. Vətəndaş banka olan borcunu tam ödədiyini iddia edərək, qeyd olunan məsələnin araşdırılması, artıq yazılmış borcun silinməsi xahişi ilə müraciət edir. Bununla bağlı olaraq bankla birgə araşdırma aparılmış, bank tərəfi vətəndaşa məxsus borcun olmadığı haqqında AKB-yə səhv məlumat verdiyini qəbul edərək, vətəndaşın hazırkı zamana 236 (iki yüz otuz) USD borcu qaldığını, zəruri dəyişikliyin edilməsi üçün AKB-yə müraciət edildiyini qeyd edir və borcun qanunauyğun olduğunu bildirmiş və Bank Ombudsmanı tərəfindən müraciətin icrasına xitam verilməsi haqqında qərar qəbul edilmişdir.
Vətəndaş müraciət edərək, 2020-ci ilin yanvar ayında Bakı şəhərində yerləşən bankın filialından kredit limiti 1000 azn dəyərində kredit kartını əldə etmişdir. Hazırda kartı ləğv etmək istəyi ilə bağlı cari ilin oktyabr-noyabr aylarında bir neçə dəfə bankın qaynar xətti ilə əlaqə saxlasada, ona mütləq şəkildə Bakıya həmin filialına yaxınlaşmalı olduğunu bildiriblər. Vətəndaş Gəncə şəhərində yaşadığını qeyd edərək, kartın məhz yaşadığı şəhərdəki bankın fillalına yaxınlaşaraq bağladılmasını təklif etsədə, bank bununla razılaşmamışdır. Vətəndaş yolun uzaq olduğunu və işi ilə bağlı Bakı şəhərinə gələ bilməyəcəyini nəzərə alaraq, bank kartınını Gəncədə bağladılmasını xahiş edir. Qeyd edilən məsələ araşdırılaraq müsbət həll edilmiş, bank kartı bağlanılmış və tərəflər arasında Barışıq sazişi imzalanmışdır.
Vətəndaş müraciət edərək, onun bankada olan borcunu ödədikdən sonra bank ona borcunun olmaması haqqında arayış təqdim etmiş, amma AKB-də onun borcu olması haqqında məlumat saxlanılmış və gecikmə borcu olduğu qeyd edilmişdir. Bununla bağlı olaraq bankla birgə araşdırma aparılmış, bank tərəfi vətəndaşa məxsus borcun olmadığını təsdiq edərək, AKB-də olan səhv məlumatın silinməsi ilə bağlı müraciət etmiş, məsələ araşdırılaraq müsbət həll edilmiş və tərəflər arasında Barışıq sazişi imzalanmışdır.
Vətəndaş müraciət edərək, onun bankda olan Əmək Haqqı kartından təyinatı bilinməyən pul silinmələri olduğunu, bu silinmələinr nə məqsədlə, hansı təyinatla edildiyini bilmədiyini bildirir. Bank tərəfindən mənim əmək haqqı kartından təyinatı bilinməyən pul silinmələrinin dayandırılmasını və silinmiş pullarımın geri qaytarılmasını xahiş etmişdir. Qeyd edilən məsələ araşdırılaraq müsbət həll edilmiş, silinmə dayandırılmış, silinən vəsaitlər geri qaytarılmış və tərəflər arasında Barışıq sazişi imzalanmışdır.