+994 12 497 01 33
AZ1014, Bakı şəhəri, Səməd Vurğun küçəsi 43, World Business Center.
Xəbərlər

     Bank Ombudsmanı İkram Kərimov Katibliyin inzibati ofisində “Azad İstehlakçılar” İctimai Birliyinin (AİİB) sədri Eyyub Hüseynov ilə görüşmüşdür. Görüşün məqsədi istehlakçılar qrupuna daxil olan bank müştərilərinin qarşılaşdıqları problemlər, onların aradan qaldırılması yolları haqqında fikir mübadilə aparmaq, bu sahədə əməkdaşlıq etmək üçün səylərimizin birləşdirilməsinə nail olmaqdır.

     Söhbət zamanı E.Hüseynov bildirmişdir ki, ona çoxlu sayda bank müştərilərindən müxtəlif səpkidə şikayətlər, müraciətlər daxil olur. Vətəndaşlar əsasən, bank faizlərinin və aylıq ödənişlərin çoxluğundan, tərəflərin müqavilə üzrə olan öhdəliklərinə düzgün əməl etməmələri haqqında şikayətlərlə müraciət edirlər. Bu tip müraciətlərin, onların üzləşdikləri problemlərin daha tez və məhkəməyə getmədən qarşılıqlı razılıqla həllinə nail olunması üçün səlahiyyətləri çərçivəsində baxılması məqsədi ilə Bank Ombudsmanına ötürülməsini təmin edəcəyini bildirmişdir. Eyni zamanda, müasir dövrdə Bank Ombudsmanının yaradılmasının, onun fəaliyyətinin təmin edilməsinin çox mühüm bir addım olduğunu, vətəndaşların sosial rifahının yaxşılaşdırılması yolunda aparılmış lazımı və vaxtında verilmiş qərar olduğunu qeyd etmişdir. O, İ.Kərimova bu çətin və məsuliyyətli işində uğurlar arzulamış və ümid etmişdir ki, baxılan müraciətlərin hər birinin müsbət həllinə nail olunacaq və gələcəkdə vətəndaşları narahat edən digər problemli məsələlərə də səlahiyyətləri çərçivəsində Bank Ombudsmanı tərəfindən baxmaq mümkün olacaqdır.

     İ.Kərimov da öz növbəsində bu sahəyə verdiyi diqqətinə və bu görüşə görə E.Hüseynova öz təşəkkürünü bildirmişdir. Həmçinin, Bank Ombudsmanı bu günə qədər görülmüş işlərdən, daxil olan müraciətlərin statistikası, baxılmış işlərin vəziyyəti, Bank Ombudsmanına müraciət qaydaları və digər mühüm məsələlər haqqında məlumat vermişdir. O da, gələcəkdə bu sahədə səylərimiz birləşdirilməsində, qarşılıqlı qaydada fəaliyyət göstərilməsində maraqlı olduğunu bildirmişdir.

     Sonda, tərəflər bundan sonra bərabər şəkildə fəaliyyət göstərmələri üçün razııq əldə etmişlər. Görüşdən çəkilmiş şəkilləri təqdim edirik.

BİZİMLƏ ƏLAQƏ
AZ1014, Bakı şəhəri, Səməd Vurğun küçəsi 43, World Business Center.
+994 12 497 01 33 
 
XƏRİTƏDƏ GÖSTƏR
2024 © Bank Ombudsmanı | Bütün hüquqlar qorunur! | Marcom