"Bank Ombudsmanının əsas vəzifəsi banklarla onların müştəriləri arasında olan fikir ayrılıqlarının aradan qaldırılmasına xidmət etməkdir" - İkram Kərimov
Bank Ombudsmanı İ.Kərimov Xəzər TV-yə olan musahibəsində qeyd etmişdir ki, banklarla onların müştəriləri arasında olan mübahisələrin məhkəməyə getmədən tənzimlənməsinə, veriləcək qərarların hər iki tərəfin mənafeyinə uyğun olacağına nail olacaqlara çalışacaqlar. O, həmçinin qeyd etmişdir ki, iddia məbləği 2000 dolların müəyyən edilməsində əsas məqsəd az təminatlı ailələrin qarşılaşdığı bu problemlərin aradan qaldırılması və problemli kreditlərin böyük hissəsinin məhz bu məbləğdən aşağı olmasıdır. Əgər gələcək ehtiyac yaranarsa bu məbləğin artırılması nəzərdə tutula bilər.
Qeyd edək ki, Bank Ombudsmanın yaradılması haqda qərar Azərbaycan Banklar Assosiasiyasının (ABA) Ümumi Yığıncağının 3 fevral 2017-ci il tarixli iclasında qəbul edilib. Eyni zamanda, həmin iclasda Bank Ombudsmanın Əsasnaməsi və Reqlamenti təsdiq olunub. Hazırda 20 bank və 1 bank olmayan kredit təşkilatı Bank Ombudsmanının fəaliyyətinə qoşulmaq haqqında Bəyannaməni imzalamışdır.