+994 12 497 01 33
AZ1014, Bakı şəhəri, Səməd Vurğun küçəsi 43, World Business Center.
Xəbərlər

Bank Ombudsmanının fəaliyyətində dünya təcrübəsi


         Bank ombudsmanı– banklar və fiziki şəxslər arasında yaranmış mübahisələrin məhkəməyə müraciət etmədən aradan qaldırılması üçün yaradılmış qurumdur. Bank Ombudsmanı banklar ilə onların fiziki şəxs müştəriləri arasında yaranan mübahisələrin araşdırılması üzrə daimi fəaliyyət göstərən müstəqil orqandır. Əsasən Bank Ombudsmanı hüquqi şəxslərin və sahibkarlıq fəaliyyətinin həyata keçirən fiziki şəxslərin müraciətlərinə baxmır. Amma bəzi ölkələrdə bu qurum sahibkarlara aid işlərə də baxır. Bu səbəbdən dünya təcrübəsində Bank və ya Maliyyə Ombudsmanı fəaliyyəti ilə tanış olaq.


Türkiyə təcrübəsi

         Türkiyədə bu fəaliyyəti həyata keçirən qurum Müştəri Şikayətləri üzrə Arbitraj Paneli adlanır. Fəaliyyət dairəsi bankları əhatə edir. Müxtəlif qərarların qəbul olunması üzrə ayrı-ayrı heyətlər mövcuddur və hər bir heyət 5 nəfərdən ibarətdir. Aşağıdakı heyətlər vardır:

• Bank kartları və kredit kartları üzrə;

• İstehlak kreditləri üzrə;

• Sığorta ilə əlaqədar heyət;

• Digər bank xidmətləri üzrə heyət.

        Şikayətlər üzrə maksimum iddia məbləği 2000 TRY və ya 700 ABŞ dollarıdır. Qurumda heyətlər tərəfindən qəbul edilən qərarlar banklar üçün məcburidir. İstehlak qiymətləri indeksinin dəyişməsinə uyğun olaraq məbləğ arta bilir.


Rusiya təcrübəsi.


          Rusiyada bu fəaliyyəti həyata keçirən qurum isə uyğun olaraq, Maliyyə Ombudsmanı adlanır. Türkiyədə olduğu kimi burada da fəaliyyət sahəsi yalnız bankları əhatə edir. Qərarların qəbul olunması bir nəfər tərəfindən, yəni Maliyyə Ombudsmanı vəzifəsini yerinə yetirən şəxs tərəfindən həyata keçirilir.
Şikayətlər üzrə maksimum iddia məbləği 5000 ABŞ dollarına yaxındır. Ombudsman tərəfindən qəbul edilən qərarlar tövsiyyə xarakteri daşıyır.


Polşa təcrübəsi.


           Polşada isə bu qurum Bank Ombudsmanı adlanır. Bank Ombudsmanı uyğun olaraq, banklara xidmət göstərdiyi halda, digər qurumlara xidmət üçün Maliyyə Ombudsmanı mövcuddur. Qurum üzrə bütün qərarları ayrı-ayrılıqda olmaqla, Ombudsman və onun müavini verir. Şikayətlər üçün maksimum iddia məbləği 2000 avroya yaxındır. Qurumlar tərəfindən verilən qərarlar sadəcə tövsiyyə xarakterlidir.


 Estoniya təcrübəsi.


          Estoniyada bu qurum Müştəri Şikayətləri Komitəsi adı ilə fəaliyyət göstərir. Onun fəaliyyət sahəsi banklardan başqa sığorta şirkətlərini, pensiya fondlarını və s. əhatə edir. Bu qurum dövlət tərəfindən yaradılıb. Maksimum iddia məbləği 20 000 avro təşkil edir. Qəbul edilən qərarlar tövsiyyə xarakterlidir.


İsveç təcrübəsi.


           İsveçdə Müştəri Şikayətləri üzrə Milli Heyət ombudsman fəaliyyətini həyata keçirir. Qurum banklara, sığorta şirkətlərinə, pensiya fondlarına,investisiya şirkətlərinə xidmət göstərir. Qurumun bütün qərarları sədr və 4 üzvdən ibarət heyət tərəfindən qəbul olunur. Bu ölkədə iddilar üzrə maksimum məbləğ üçün limit olmadığı halda, minimum limit 250 dollardan ibarətdir. Dövlət təşkilatıdır və qərarlar tövsiyyə xarakteri daşıyır.


Birləşmiş Krallıq təcrübəsi.


            Birləşmiş Krallıqda bu təşkilat Maliyyə Ombudsmanı Xidməti adını daşıyır. Fəaliyyət dairəsi banklar, kredit birlikləri, sığorta şirkətləri, pensiya fondları, investisiya şirkətləri və s əhatə edir. Qərarlar bir neçə ombudsman tərəfindən ayrı-ayrılıqda verilir. İş Ombudsmanlara verilməzdən öncə qeyri-rəsmi qaydada həll edilmək üçün arbitrlara verilir. Qeyri-rəsmi qaydada işi həll etmək mümkün olmadıqda isə iş Ombudsmanlara verilir. Maksimum iddia məbləği 190 000 avrodur. Dövlət təşkilatıdır, müvafiq qanuna əsasən yaradılıb. Bankların və digər əlaqədar təşkilatların ödədiyi haqlar və həll edilmiş işlər üzrə ombudsmana ödəmələr əsas maliyyələşmə mənbəyidir. Müraciət edən təşkilatın ilk 25 işi üzrə ödəniş alınmır, sonrakı işlər üzrə 550 funt ödəniş alınır. Qəbul edilən qərarlar banklar üçün məcburidir.

BİZİMLƏ ƏLAQƏ
AZ1014, Bakı şəhəri, Səməd Vurğun küçəsi 43, World Business Center.
+994 12 497 01 33 
 
XƏRİTƏDƏ GÖSTƏR
2024 © Bank Ombudsmanı | Bütün hüquqlar qorunur! | Marcom