+994 12 497 01 33
AZ1014, Bakı şəhəri, Səməd Vurğun küçəsi 43, World Business Center.
Xəbərlər

2020-ci ilin 13 oktyabr tarixindən 3 noyabr tarixinə kimi Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyası tərəfindən Mediatorların ilkin hazırlığı üzrə növbəti təlimi keçirilmişdir. Nəzəri və praktiki olmaqla iki hissədən ibarət olan təlim Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və tövsiyyələrinə uyğun olaraq onlayn qaydada baş tutmuşdur. Mediator olmağa namizəd olan 60 yaxın iştirakçının iştirak etdiyi təlimdə yerli və beynəlxalq ekspertlər tərəfindən mediasiya fəaliyyətinin anlayışı, etikası və prinsipləri, fərqli sahələrdə mediasiyanın tətbiq olunması, fərqli mediasiya yanaşmaları, mediasiya fəaliyyətinin müddəti, çəkişmə səbəbləri, mərhələləri, analizi, mediasiya fəaliyyətində müdaxilə və əlaqə üsulları, fərqli anlaşmazlıqlar üçün düzgün strategiyanın seçilməsi, ilkin müzakirənin təməl prinsipləri öyrədilmiş, müəyyən hallar üzrə mediasiya prosesləri təcrübi olaraq keçirilmişdir.

Təlimdə Bank Ombudsmanının Məsul Katibi Elçin Həsənov da iştirak etmiş və təlimi müvəfəqqiyyətlə başa vuraraq sertifikata layiq görülmüşdür. Mediasiyanın məqsədi kimi, Bank Ombudsmanının əsas məqsədi mübahislərin məhkəmədən kənar alternativ yollarla həlli olduğu üçün, bu tip təlimlərin keçirilməsinin mühüm əhəmiyyəti vardır.

Qeyd edək ki, Mediasiya haqqında Azərbaycan Respublikası Qanunu 29 mart 2019-cu il tarixində qəbul edilmiş və 1 yanvar 2021-ci il tarixindən qüvvəyə minəcəkdir.

BİZİMLƏ ƏLAQƏ
AZ1014, Bakı şəhəri, Səməd Vurğun küçəsi 43, World Business Center.
+994 12 497 01 33 
 
XƏRİTƏDƏ GÖSTƏR
2024 © Bank Ombudsmanı | Bütün hüquqlar qorunur! | Marcom