+994 12 497 01 33
AZ1014, Bakı şəhəri, Səməd Vurğun küçəsi 43, World Business Center.
Xəbərlər

    Azərbaycan Banklar Assosiasiyasının üzv olduğu Beynəlxalq Bank Şurasının növbəti iclası cari ilin 26 oktyabr tarixində Bakı şəhərində keçiriləcəkdir. İclasda əsas müzakirə mövzusu “Maliyyə Ombudsmanının fəaliyyəti” olacaqdır.

    İclasda Rusiya, Ukrayna, Qazaxıstan, Gürcüstan, Özbəkistan, Monteneqro, Serbiya və digər dövlətlərin Banklar Assosiasiyasının, “MDB Maliyyə-Bank Şurası” və “Avrasiya Əməkdaşlıq Təşkilatının Maliyyə-Bank Şurası” rəhbərlərinin, məsul şəxslərinin, eyni zamanda Maliyyə Ombudsmanlarının iştirakı gözlənilir. İclasda Maliyyə Ombudsmanı sahəsində əldə edilmiş nailiyyətlər, görülmüş işlər, banklarla vətəndaşların arasında mövcud olan problemlərin aradan qaldırılması yolları haqqında fikir və təcrübə mübadiləsi aparılacaqdır.

    Şura 03 sentyabr 2004-cü il tarixində yaradılmışdır. Qurumun yaradılmasının əsas məqsədi dövlətlərarası iqtisadi əməkdaşlıq sahəsində bankların imkanlarından daha səmərəli istifadə etmək, bank assosiasiyalarının səylərini koordinasiya etməkdir. Yarandığı tarixdən hazırkı dövrə qədər Azərbaycan, Gürcüstan, Serbiya, Tacikistan, Özbəkistan, Ukrayna, Moldova, Ermənistan, Monteneqro banklar assosiasiyaları, “MDB Maliyyə-Bank Şurası” və “Avrasiya Əməkdaşlıq Təşkilatının Maliyyə-Bank Şurası” təşkilata üzv qəbul olunmuşdur. Hazırda Şuraya 17 təşkilat daxildir.

    Beynəlxalq Bank Şurası ictimai bir təşkilatdır və ona üzv olmaq üzvlər üçün heç bir zəruri maddi məsuliyyət daşımır. Şura əməkdaşlıqda maraqlı olan bütün ölkələrin bank assosiasiyalarına üzvlük üçün açıqdır. Beynəlxalq Bank Şurasının iclasları, bir qayda olaraq, ildə bir dəfədən  az olmayaraq, Şuranın üzv dövlətlərindən birində növbə olaraq keçirilir. 5 sentyabr 2008-ci il -dən Rusiya Assosiasiyası Şurasının sədri  A.V. Muriçev Beynəlxalq Bank Şurasının sədri seçilib.

 

BİZİMLƏ ƏLAQƏ
AZ1014, Bakı şəhəri, Səməd Vurğun küçəsi 43, World Business Center.
+994 12 497 01 33 
 
XƏRİTƏDƏ GÖSTƏR
2024 © Bank Ombudsmanı | Bütün hüquqlar qorunur! | Marcom