+994 12 497 01 33
AZ1014, Bakı şəhəri, Səməd Vurğun küçəsi 43, World Business Center.
Xəbərlər

"İlk növbədə az təminatlı ailələrin bu problemlərinin aradan qaldırılması nəzərdə tutulmuşdur" - İkram Kərimov

"İlk növbədə az təminatlı ailələrin bu problemlərinin aradan qaldırılması nəzərdə tutulmuşdur" . Bu sözləri Bank Ombudsmanı İkram Kərimov ARB TV-ə verdiyi müsahibədə qeyd etmişdir. Onun sözlərinə görə, ilkin olaraq iddia məbləği maksimum 2000 (iki min) ABŞ dollarının müraciətin daxil olduğu gün Azərbaycan Respublikasının Mərkəzi Bankının rəsmi məzənnəsinə uyğun olaraq manat və digər valyuta ekvivalentinə barəbər olan şikayətlərə baxılır. Çünki problemli kreditlərin əksəriyyəti bu məbləğdən aşağıdır. Gələcəkdə hər hansı bir lüzum olarsa, bu məbləgin artırılması nəzərdə tutula bilər. 

 

Eyni zamanda, Bank Ombudsmanı artıq fəaliyyətə başlamış rəsmi saytı, müraciət etmək qaydaları haqqında da məlumat vermişdir. 

 

Qeyd edək ki,  Bank Ombudsmanın yaradılması haqda qərar Azərbaycan Banklar Assosiasiyasının (ABA) Ümumi Yığıncağının            3 fevral 2017-ci il tarixli iclasında qəbul edilib. Eyni zamanda, həmin iclasda Bank Ombudsmanın Əsasnaməsi və Reqlamenti təsdiq olunub.


BİZİMLƏ ƏLAQƏ
AZ1014, Bakı şəhəri, Səməd Vurğun küçəsi 43, World Business Center.
+994 12 497 01 33 
 
XƏRİTƏDƏ GÖSTƏR
2024 © Bank Ombudsmanı | Bütün hüquqlar qorunur! | Marcom