Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin qərarı ilə “Naxçıvan Bank” ASC-nin müraciəti əsasında onun lisenziyası ləğv edilib, bankın bazasında yaradılmış “E-Kredit" MMC bank olmayan kredit təşkilatına (BOKT) lisenziya verilib. AMB-nin qərarı ilə “Naxçıvan Bank”ın lisenziyasının ləğv edilməsi anına olan bütün aktivləri, o cümlədən kredit tələbləri hüquqi varisi olan “E-Kredit" BOKT-a keçib.